Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-344/2023 22.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Fəttahov İbrahim Bağır oğlu, Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və Göyçay rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİM: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 2900 manat borcunu üzrsüz səbəbdən zərərçəkmiş şəxs X2 ödəməmişdir. Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs barəsində olan mülki axtarış işi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində təritib edilmiş inzibati xəta protokolları üzrə işə eyni vaxtda baxıldığından həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ M: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və Göyçay rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə materiallar icraata qəbul edilsin. Həmin materiallar bir icraatda birləşdirilisin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirakı təmin edilsin. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-344/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-344/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver