Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-345/2022 07.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Muradov küçəsi dalan 12, ev 02də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 07.06.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri Z.Nəcəfov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus dəmirçi sexindən 300 manat dəyərində dəmir materialları gizli yolla talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 20.05.2022ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri Z.Nəcəfov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus dəmirçi sexindən 300 manat dəyərində dəmir materialları gizli yolla talamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri Z.Nəcəfov küçəsində yerləşən yerləşən dəmirçi sexindən ona məxsus 300 manat dəyərində dəmir metalları gizli yolla talamışdır. Ona dəymiş ziyan qismən ödənilmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 20.05.2022-ci il tarixdə saat 01 radələrində Göyçay şəhəri Z.Nəcəfov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus dəmirçi sexindən 300 manat dəyərində dəmir materialları gizli yolla talamışdır. Pul məbləği 500 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tutma haqqında 07.06.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 07.06.2022-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 02 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 07.06.2022-ci il tarixdən saat 00:30-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-345/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-345/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver