Məhkəmə qərarları › İş №3(046)-347/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-347/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-347/2025 19.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1982-ci ildə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan X1 Bakı şəhər BPİ X8 İdarəsinin yol patrul xidmətinin baş inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X1 Bakı şəhər BPİ X8 İdarəsinin yol patrul xidmətinin baş inspektoru X3 “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət Göyçay Rayon Məhkəməsinə 30 may 2025-ci il tarixdə daxil olmuşdur. X4 şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş X8 İdarəsinin Vİ tağım patrul xidmətinin baş inspektoru, polis kapitanı X6 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı protokol əsasında İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində TP ******* nömrəli inzibari xəta haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan ** ML *** dövlət nömrə nişanlı “Hyundai Avante” markalı avtomobil ilə hərəkətdə olarkən Yol Patrul Xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. Heç bir yol hərəkəti qaydasını pozmadığı halda, ondan qeyri-qanuni pul tələb edilmiş və o bu tələbi rədd etdiyi üçün polis əməkdaşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək barəsində əsassız protokol tərtib etmişdir. Avtomobilində müşahidə kamerası mövcuddur və xx.xx.2025-ci il tarixindəki hərəkətlərinin video görüntüsü də mövcuddur. Həmin görüntülərdə açıq şəkildə görünür ki, heç bir yol hərəkəti qaydasını pozmamışdır və inzibati xəta tərkibli hərəkətə yol verilməmişdir. Bu isə barəsində tərtib olunmuş protokolun əsassız olduğunu sübuta yetirir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Baş X8 İdarəsinin nümayəndəsi və qərardan şikayət vermiş şəxs X4 məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni tam ödəmişdir. Buna görə də şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Hesab edirəm ki, X4 şikayətin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 52-ci maddələrini rəhbər tutub, qərara aldım: X1 Bakı şəhər X8 İdarəsinin yol patrul xidmətinin baş inspektoru X3 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar