Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-348/2024 07.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Şəxs idarə etdiyi «MERCEDES BENZ C 220» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61-ci kilometrliyində saatda 70 km sürətlə hərəkətdə olan zaman idarə etməni itirərək yolun sol hissəsindəki beton təhlükəsizlik səthinə dəymiş, nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Bu barədə İİİ Tağım yol patrul xidməti inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində özünə məxsus «MERCEDES BENZ C 220» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61-ci kilometrliyində saat 70 km sürətlə hərəkətdə olarkən hava dumanlı olduğu üçün sola manevr etmiş, idarə etdiyi avtomobil sürüşərək yolun sol hissəsindəki beton təhlükəsizlik səthinə dəymişdir. Hadisə vaxtı idarə etdiyi avtomobilin sağ qarşı tərəfində əyləşən Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almış, ondan səhhəti ilə bağlı özünü necə hiss etdiyini soruşduqda Zərərçəkmiş şəxs ona narahat olmamasını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Şəxs idarə etdiyi «MERCEDES BENZ C 220» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 61-ci kilometrliyində saatda 70 km sürətlə hərəkətdə olan zaman idarə etməni itirərək yolun sol hissəsindəki beton təhlükəsizlik səthinə dəymiş, nəticədə avtomobildə olan Zərərçəkmiş şəxs xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 33 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması ilə müşahidə olunan beyin silkələnməsi, sağ çiyin qurşağının əzilməsi, sol gözün ağlı qişasına qansızma küt əşya təsirindən törəməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. AC seriyalı, 525150 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs DİN BDYPİ QİŞ/ 3 saylı Asan Xidməti Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «MERCEDES BENZ C 220» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İX seriyalı, 256791 nömrəli etibarnamədən görünür ki, «MERCEDES BENZ C 220» markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 tərəfindən Şəxs etibarnamə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surəti BYPİ-nin YPXA-na göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hal yoxdur Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-348/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-348/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver