Məhkəmə qərarları › İş №3(046)-349/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-349/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-349/2024 30.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1958-ci ildə Göyçay rayonu, Kürdəmiş kəndində anadan olmuş, evli, orta təhsilli, təqaüdçü, işsiz, Göyçay rayonu, Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7700 ABŞ dolları manat ekvalenti ilə, 4500 manat pul və dövlət rüsumu üçün ödənilmiş 19 manat 50 qəpik tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 30 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7700 ABŞ dolları manat ekvalenti ilə, 4500 manat pul və dövlət rüsumu üçün ödənilmiş 19 manat 50 qəpik tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra görülmüş icra tədbirləri nəticəsində tələbkar X5 vəfat etdiyi günə qədər tərəfindən 4060 manat məbləğində pul ödətdirilmiş, tələbkar vəfat etdikdən sonra vərəsəsi müəyyən olunmadığı üçün icra sənədinin icrası dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə X2 qızı Zərərçəkmiş şəxs vərəsə kimi müəyyən olunmuş, bununla bağlı borclunun hər ay pensiyasından inkasso sərəncamı ilə 150 manat pul Zərərçəkmiş şəxs ödənilir. Ödənişlər Göyçay rayon İcra Şöbəsinin depozit hesabına ödənilmiş, çünki tələbkarın vərəsəsi tərəfindən icra şöbəsinə heç bir hesab nömrəsi təqdim edilməmişdir. Borc məbləği çox olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsinə ondan 7700 ABŞ dolları manat ekvalenti ilə, 4500 manat pul və dövlət rüsumu üçün ödənilmiş 19 manat 50 qəpik tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdan qabaq əl yazısı ilə mərhum X3 1500 manat pul ödəmiş, bununla bağlı sənədləri icra məmuruna təqdim edəcəkdir. Bundan başqa borclu olduğu puldan hər ay mütəmadi olaraq 150 manat, ödəmədiyi ayların müqabilində 300 manat ödəniş etmişdir. X1 vəfat etməsini 6 aydan sonra bilmiş, həmin aylar ərzində də ödəniş etməyə davam etmişdir. Həmçinin icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, bu günədək icra sənədinin icrasından boyun qaçırmamışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 7700 ABŞ dolları manat ekvalenti ilə, 4500 manat pul və dövlət rüsumu üçün ödənilmiş 19 manat 50 qəpik tutularaq tələbkar X3 ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tərəfin hüquqi varisi ilə əvəz edilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1-da yaşayan Zərərçəkmiş şəxs Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra vərəqəsinin icrasında tələbkar olmuş X2 hüquqi varisi kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsi ünvan 1 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, e102922/2024-61-6/1 nömrəli inkasso sərəncamından görünür ki, icra sənədinin icrası ilə bağlı üzrə Şəxs hesabından hər ay 155 manat 68 qəpik məbləğində pul tutulur. Borclu Əliyev X6 rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, tələbkar X5 vəfat edənə qədər yəni xx.xx.2022-ci il tarixədək 4040 manat məbləğində pul ödədiyini, tələbkar vəfat etdikdən sonra vərəsələri məlum olmadığı üçün ödəniş edə bilmədiyini, hal-hazırda pensiya aldığını və pensiyasından hər ay 50 % tutularaq Göyçay rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu pensiyasından hər ay 150 manat müntəzəm şəkildə ödənişlər etmişdir. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclu Şəxs hər ay pensiyasından ödənişlər etməsi iş materialına əlavə edilmiş inkasso sərəncamında və icra məmurunun məhkəmədə verdiyi izahatında öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 2(046)-121/2016 saylı, 25 fevral 2016-cı il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar