Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-35/2023 24.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Alpout kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi İTB-nin sahə rəisi X4 tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Alpout kəndində olan çayxanada həmkəndliləri ilə birlikdə domino oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Alpout kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində həmkəndliləri X1, X6 oğlu və X2 ilə birlikdə 15- 20 manat civarında kafedə yemek pulunun verilməsi müqabilində domino oynamışlar. Oyun vaxtı çay evinə polis əməkdaşları daxil olmuş, bu zaman o, qarşısında olan pulu götürərək cibinə qoymuşdur. Polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Kafedə yemek pulunun verilməsi müqabilində oynadıqları domino oyunun qumar oyunu olmasını bilməmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş, əməlində İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması müəyyən edilməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarında olan DVD-diskə baxış keçirən zamanı Şəxs masa arxasında digər şəxslərlə birlikdə əyləşməsi, masa üzərində domino daşlarının, qarşısında isə 1 manatlıq pul əskinazların olması müəyyən olunmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Orucov X3 rayonu Alpout kəndində yerləşən kafedə X1, X6 oğlu və X2 ilə birlikdə domino daşları ilə qumar oyununda iştirak etmiş, pulla qumar oynayarkən stolun üzərində 12 manat pul vəsaiti və 28 ədəd domino daşları olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini və törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan 28 ədəd domino daşları və qumara qoyulmuş 12 manat pul müsadirə edilməklə cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 12 (on iki) manat pul vəsaiti və 28 (iyirmi səkkiz) ədəd domino daşları müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-35/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-35/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver