Məhkəmə qərarları › İş №3(046)-351/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-351/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-351/2020 18.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X7 Fuad oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilməsinə dair qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X8 şikayətini belə əsaslandırmışdır ki, inzibati xəta hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, sərnişin kimi Yevlax şəhərindən Göyçay şəhərinə hərəkətdə olduğu “VAZ 2106” markalı ** BM *** nömrəli avtomobil Şahid1 məxsusdur. Həmin vaxt avtomobili isə Şahid2 idarə etmişdir. Ona görə də hesab edir ki, xx xxxxxx 2020-ci il tarixli, TP ******* saylı protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Hesab edir ki, yol patrul xidməti inspektoru X2 onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli TP 3886504-saylı qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, istər protokol tərtib edilərkən istərsə də həmin protokol əsasında qərar qəbul edilərkən inzibati xəta törətmədiyi nəzərə alınmamış, vəzifəli şəxs tərəfindən iştirakı təmin edilmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmış və qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, yol patrul xidməti inspektoru X5 tərəfindən barəsində qanunsuz olaraq protokol tərtib etmiş və barəsində qanunsuz olaraq 60 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, barəsində qəbul edilmiş qərar ləğv edilisin. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X3 məlumat verilmiş, YPX inspektoru məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə YPX inspektoru iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərindən Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyatlı nişanlı avtomobili Şahid1 adına rəsmiləşdirmişlər.Həmin zaman X8 avtomobildə sərnişin kimi arxada əyləşmişdir. YPX inspektoru avtomaşının ön nömrə nişanının olmadığını əsas gətirərək X8 barəsində protokol tərtib etmişdir. Halbuki həmin vaxt avtomobili özü idarə etmiş, avtomobil isə Şahid1 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şahid2 idarə etdiyi “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyatlı nişanlı avtomobillə Yevlax şəhərindən Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən YPX inspektoru avtomobili saxlamış, avtomobildə sərnişin kimi əyləşən X1 vəsiqəsini alaraq onun barəsində protokol tərtib etmişdir. Halbuki həmin vaxt avtomobili Şahid2 idarə etmişdir. Avtomobil isə onun mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X7 Fuad oğlu “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı km-də hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsində nəzərdə tutulmuş iznibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şikayətçi X4 izahatını dinləyən, təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, şikayətçi X4 ərizəsi təmin olunmalıdır. İşin faktiki hallarından və şahidlərin ifadələrindən görünür ki, mübahisələndirilən qərarda göstərilən xətanı, yəni xx.xx.2020-ci il tarixdə “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı km-də, Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsində nəzərdə tutulan xətanı X4 törətmədiyi halda, onun barəsində Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, ona 60 manat məbləğində inzibati cərimə tənbehi təyin edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı km-də “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin sükan arxasında X4 olduğu barədə heç bir sübut müəyyən edilmədiyindən, şikayətçi X4 xx.xx.2020-ci il tarixdə “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı km-də, Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyinə dair əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, X8 barəsində qərar qəbul edilərkən onun qanunla qorunan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. X8 barəsində Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən onun qanunla qorunan hüquqları pozulduğundan, X4 həmin vaxt inzibati xətaya yol vermədiyi barədə göstərdikləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xəta tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X6 istinad edilən əməldə inzibati xəta tərkibi olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 430-437-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən 60 manat cərimə edilməsinə dair Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar