Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-352/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən,Göyçay rayon Məhkəməsinin hakimi X16, Barəsində qərar qəbul edilən şəxs X10 və müdafiəçisi Vəkil, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X4 X18 nümayəndələri X8 və X6 iştirakı ilə, Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində qərar qəbul edilən şəxs X17 Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş etmişdir. Şikayətə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X4 X18 26 aprel 2023-cü ıl tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Jasmin" kafesində yoxlama suallarının siyahısından seçilmiş 121, 124. 126. 136, 138 və 143-cü suallar üzrə Agentliyin Mərkəzi X18 əməkdaşları X14 və X11 tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsinə dair 01 may 2023-cü ıl tarixli MARB-YPK-017 nömrəli akt tərtib edilmişdir. Həmin aktda - 121 -ci sual üzrə ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı; 124-cü sual üzrə əlyuma çanağının birdəfəlik qurutma vasitəsi ilə təmin olunmadığı; işçilər üçün dolablar və sanitarməişət avadanlıqları ilə təchiz edilmədiyi; soyunub-geyinmə otaqlarının nəzərdə tutulmadığı; yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlər və dolabların təşkil edilmədiyi; xaricə açılan pəncərələrdə həşaratlara qarşı torun təşkil edilmədiyi; doğrama lövhələrinin tamlığının pozulması; qida obyektinə qəbul olunan xammala giriş nəzarətinin aparılmadığı; donun açılması üçün defrotasiya sahəsinin mövcud olmadığı; işçilərin xüsusi geyim formaları ilə təmin edimədiyi; qida obyektində dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı; tullantılar üçün (qida) qabın ağzıaçıq halda saxlanılması; tullantıların müvafiq üsulla qablaşdırılması qaydalarına əməl olunmadığı; 126-cı sual üzrə işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçirilməsinin təmin edilmədiyi; 136-cı sual üzrə 15 ədəd 1 litrlik ev şəraitində hazırlanmış, etiket məlumatları olmayan; 1,2 kq pendir (saçaq); 25 ədəd yumurta; 4 ədəd 3 kq-lıq şüşə qablarda qatıq məhsullarının heç bir etiket olmadan satılmasının müəyyən olunduğu; 138-ci sual üzrə soyuducuda süd. ət və sup məhsullarının mal qonşuluğu prinsipinə əməl olunmadan saxlanılmasının müəyyən olunduğu; 143-cü sual üzrə 1 ədəd son istifadə müddəti bitmiş “Sirab” əmtəə nişanlı suyun satılmasının müəyyən olunduğu göstərilmişdir.Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən barəsində 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Qida X4 X18 rəisi X12 tərəfindən 05 may 2023-cü il tarixdə baxılmış və onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Aşağıda göstərilən əsaslara görə Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 05 may 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında ış yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Belə ki, fəaliyyət göstərdiyi “Jasmin” adlı kafedə plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas ünvan 2 ünvanda yaşayan X1 kafedə qida təhlükəsizliyi qaydalarına əməl edilməməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə elektron qaydada etmiş olduğu müraciət olmuşdur. Lakin istər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestn’ndə alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışda, istərsə də Azərbaycan Respublikası Qida X4 X18 26 aprel 2023-cü il tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarında konkret olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına əsas kimi Nurlan Rəhimlinin müraciəti göstərilməmişdir. Yalnız həmin sənədlərdə “Jasmin” adlı kafedə qida təhlükəsizliyi qaydalarına riayət edilməməsi barədə edilmiş müraciətə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparıldığı göstərilmişdir. Yoxlama zamanı yoxlayıcılar Məhəmməd Məmmədova və Feyzulla Qurbanova “Jasmin” adlı kafenin “neqativ" fəaliyyəti barədə qida təhlükəsizliyi agentliyinə şikayət etmiş Nurlan Rəhimlinin izahatının alınıb-alınmaması, həmin kafedə olub-olmaması, xidmətlərindən istifadə edib-etməməsi, ümumiyyətlə həmin şəxsin kimliyinin araşdırılıbaraşdırılmamasını soruşduqda, yoxlayıcılar buna ehtiyac olmadığını, qanun pozuntusu barədə məlumatın olması, plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün əsas olduğunu bildirdilər. Hazırki işin hallarından görünür ki, inzibatı orqan olan X22 Regional Bölməsi hüquq pozuntusu barədə məlumat verməsi qeyd olunan Nurlan Rəhimlinin müraciətinə baxarkən, sonuncuya məlumat verməmiş, iştirakını təmin etməmiş, izahatını almamış, şəxsiyyətini müəyyən etməmiş, eləcə də, həmin kafeyə gedərək xidmətlərdən istifadə edib-etməməsini, kafedə qida təhlükəsizliyi qaydalarına riayət olunubolunmamasının necə şahidi olmasını, həmin şəxsin müraciətinin anonim və əsassız olubolmamasını araşdırmamışdır. X22 Regional Bölməsi "Jasmin” kafesinin fəaliyyəti barədə müraciət etmiş Nurlan Rəhimlinin əqli sağlamlığını yoxlamadan, müraciətində göstərilən faktların insan həyatı, sağlamlığı, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradıb-yaratmaması, həmçinin bu hallarla bağlı zərər vurulubvurulmamasını araşdırmadan fəaliyət göstərdiyim kafedə plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul etmişdir. Digər tərəfdən barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibatı xəta haqqında protokola baxılması ilə əlaqədar inzibati işə baxılması xx.xx.2023-cü il tarixə, saat 11:30-a təyin edilsə də, lakin bildiriş xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Göründüyü kimi X22 Regional Bölməsi istinad olunan prosessual qanun normasının tələbini pozmuş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması barədə bildirişi qanunla müəyyən edilmiş qaydada və müddətdə ona göndərməmiş, bununla da öz müdafiəsini hazırlamağa imkan verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 şikayəti müdafiə etdi, izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Qida X4 X27 tərəfindən onun vəzifəli şəxs kimi 1500 manat cərimə olunmağı barədə qərar qəbul edilmişdir.Lakin xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş iclas barədə məlumat ona xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə daxil olduğundan,iclasda iştirak edə bilməmiş, bununla da öz müdafiəsini hazırlamağa imkan verilməmişdir. Odur ki, şikayətin əsaslı olmasını nəzərə alıb təmin edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X4 X18 nümayəndəsi X14 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən alınmış 27 aprel 2023-cü il tarixli, KY231916801 nömrəli çıxarışa və Azərbaycan Respublikası Qida X4 X18 26 aprel 2023-cü ıl tarixli, MARB-YPK-017 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən X10 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Jasmin" kafesində yoxlama suallarının siyahısından seçilmiş 121, 124. 126. 136, 138 və 143-cü suallar üzrə Agentliyin Mərkəzi X18 əməkdaşı X11 ilə birlikdə yoxlama aparmış və yoxlamanın nəticəsinə dair 01 may 2023-cü ıl tarixli MARB-YPK-017 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş yoxlama aktına və inzibati icraatın digər materiallarına əsasən X10 barəsində 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 220.1, 444.1, 447.0.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra tərtib edilmiş protokolla birlikdə poçt vasitəsi ilə Mansur Məmmədova xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xx.xx.2023-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Qida X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 32-də yerləşən Mərkəzi X18 inzibati binasında baxılacağı barədə xəbərdarlıq edilmişdir. Lakın buna baxmayaraq, Mansur Məmmədov təyin edilən vaxtda gəlmədiyindən onunla telefon vasitəsi ilə əlaqə saxlanılıb, inzibati xəta haqqında protokola baxılacağı barədə məlumat verilmişdir. X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə 1500 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Mansur Məmmədovun şikayətində göstərdiyi dəlillər qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X4 X18 nümayəndəsi X3 Məhəmməd Tələt oğlunun izahatına oxşar, eyni məzmunlu izahat verdi. Şikayət vermiş şəxsi və müdafiəçisini, qərarı barəsində şikayət verilmiş şəxsin nümayəndələrini dinləyib, habelə, şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X4 X23 geri qaytarılmalıdır. Belə ki,işə əlavə edilmiş 05 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş min) manat cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qida X4 Aran Regional X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası Qida X4 X18 rəisi X17 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün şəxsiyyətini təsdiq edən sənədlə birlikdə xx.xx.2023-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikası Qida X4 X27nİdarəsinə gəlməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qida X4 X18 poçta verilən məktubların siyahısından görünür ki,X15 ünvanlanmış məktub xx.xx.2023-cü il tarixdə poçta təhvil verilmiş,siyahıdan məktubların sifarişli və ya sadə olması müəyyən olunmur. İşə əlavə edilmiş X17 tərəfindən təqdim edilmiş zərfdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən X15 ünvanlanmış zərfin üzərində olan möhürdə xx.xx.2023-cü il tarix qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi tərəfindən təqdim edilmiş 050 796 19 76 nömrəli mobil telefona olan zəngin 05 may 2023-cü il saat 11.03-də edildiyi müəyyən olunur. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.4-cü maddəsinə əsasən sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi inzibati xətalar qanunu səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına inzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarlar, qərardadlar, protokollar, bildirişlər) sifarişli poçt göndərişi ilə çatdırılmasını, sifarişli poçt göndərişi çatdırılarkən ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişinin kötüyünə imza etdirilməklə verilməsini, bildirişin işə baxılması tarixinə ən azı 5 gün qalmış verilməsini müəyyən etmişdir.Bu qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilməsi müəyyən edilmişdir. Buna baxmayaraq hazırki iş üzrə tədqiq edilmiş sübutlardan inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə bildirişin İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü maddəsinin tələblərinə uyğun olaraq sifarişli poçt göndərişi ilə göndərilməməsi,işə baxılmasının 05 may 2023-cü il saat 11.00-a təyin edildiyi halda telefon vasitəsilə 050 796 19 76 mobil nömrəyə 05 may 2023-cü il saat 11.03-də əlavə məlumat verilməsi, X15 ünvanlanmış zərfin üzərində olan möhürə görə isə bildirişin xx.xx.2023-cü il tarixdə ona çatdırılması müəyyən edilmişdir. Bildirişin həmin tarixdən əvvəl X15 çatdırılmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinə təklif olunsa da,belə bir sübutun təqdim edilməsi təmin edilməmişdir. İnzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada X15 xəbər verilmədiyi,belə olan halda isə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılması qeyri-mümkün olduğu halda Azərbaycan Respublikası Qida X4 X27 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozaraq onun iştirakı olmadan işə baxaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin , səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli , tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə hesab edirəm ki, inzibati xəta haqqında icraat aparılarkən barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxsə işə baxılmasının yeri və müddəti barədə məlumatın vaxtında verilməməsi və bununla da iştirakının təmin edilməməsi, onun İXM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması kimi qiymətləndirilməli, buna görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Qida X4 X23 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. X10 İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X4 X18 rəisi X7 “inzibati tənbeh vermə haqqında” 05 may 2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. X17 barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Qida X4 X23 göndərilsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-352/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-352/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver