Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-352/2024 01.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X9 oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci ildə Göyçay rayonu, Çaxırlı kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2(046)-64/2022 saylı, 25 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs və ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər X3, Şəxs və X4 hesabına açılması, iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər X1, Şəxs və X2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 01 may 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-64/2022 saylı, 25 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs və ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər X3, Şəxs və X4 hesabına açılması, iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər X1, Şəxs və X2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra görülmüş icra tədbirləri nəticəsində xx.xx.2023cü il tarixdə tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması ilə bağlı icra sənədi icra olunmuş, dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci borclu Şəxs tərəfindən icra olunmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, heç yerdə işləmir. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Hal-hazırda borclu olduğu puldan 150 manat ödəyir, qalan borcu may ayının sonunadək ödəyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən icra məmuru tərəfindən torpaq sahəsinin suvarılması üçün yaradılmış maneələr aradan qaldırılması işi icra olunmuş, dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci borclu Şəxs tərəfindən ödənilməmişdir. Hal-hazırda Şəxs borcundan 150 manat ödəniş etmiş, qalan borcun may ayının sonunadək ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-64/2022 saylı, 25 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs və ailə üzvlərinin mülkiyyətində olan torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər X3, Şəxs və X4 hesabına açılması, iddiaçıya məxsus torpaq sahəsinin suvarılması üçün cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iş üzrə ekspertiza xərcləri olan 50 manat cavabdehlər X1, Şəxs və X2 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi və dövlət rüsumu kimi ödənilmiş 10 manat və 300 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-64/2022 saylı, 25 aprel 2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs tərəfindən 150 manat məbləğində pul Zərərçəkmiş şəxs kart hesabına ödənilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində izahat verərək göstərmişdir ki, ödəməli olduğu 103 manat 33 qəpik borcundan tələbkarın xeyrinə ödəmək imkanın olmadığını, imkanı olduqda hissə-hissə ödəyəcəyini, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu olduğu puldan 150 manat ödəniş etmiş, qalan borcun may ayının sonunadək ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlmişlər. Şəxsin hazırda tələb olunan məbləği bütöv şəkildə ödəmək imkanının olmadığını bildirməsinə və bu halın real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırda isə borclu Şəxs borclu olduğu puldan 150 manat ödəməsi, qalan borcun ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlməsi öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 2(046)-64/2022 saylı, 25 aprel 2022ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 01 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-352/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-352/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver