Məhkəmə qərarları › İş №3(046)-354/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-354/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-354/2020 21.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala xx xxxxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi VAZ 2101 markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobillə Fizuli küçəsinə dönərkən X1 idarə etdiyi VAZ 21074 markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş və nəticədə həmin avtomobilin mülkiyyətçisi X2 yüngül bədən xəsarəti almışdır. Məhkəmə hesab edir ki, təritib edilmiş inzibati xəta protokolu və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokolda yolnəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması və ya maddi ziyan vurulduğu qeyd edilməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş protokolun surəti zərər çəkmiş şəxsə təqdim edilməmiş və ya göndərilməmiş, zərərçəkmiş şəxsə bu barədə hüquq və vəzifələri izah edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6-cü maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayonu YPX inspektoru polis kiçik serjantı X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol natamam tərtib olunduğundan, protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayonu YPX inspektoru polis kiçik serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu üzrə material Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar