Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-354/2024 03.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, İnzibati xəta törətmiş Şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Nümayəndə iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay şəhəri Şəhriyar küçəsi ev 7 mənzil 6-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Mırtı kənd ərazisində zərərçəkmiş Zərərçəkmiş şəxs atasına məxsus fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs təhqir etməklə ictimai qaydanı pozmuşdur. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi əməlini etiraf etməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 6 aydır ki, Zərərçəkmiş şəxs azyaşlı uşaqları ilə birlikdə atasının yaşadığı Göyçay rayonu Mırtı kəndində yerləşən evə getmişdir. xx.xx.2024-cü il tarixdə uşaqlarını görmək üçün Mırtı kəndinə getmiş, lakin ona uşaqlarının görmək üçün şərait yaratmamışlar. Azyaşlı uşaqlarını məktəbdən götürüb aparmışdır. Həmin gün Zərərçəkmiş şəxs söyməmiş, təhqir etməmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs onun əridir. Aralarında nikahın pozulması ilə bağlı məhkəmə mübahisə vardır. Buna görə də azyaşlı uşaqları ilə birlikdə atasına məxsus Göyçay rayonu Mırtı kəndində yerləşən evdə yaşayır. xx.xx.2024cü il tarixdə Şəxs kəndə gəlmiş, azyaşlı uşaqlarını məktəbdən götürüb yaşadığı evə gəlmiş, küçədə onu nalayiq ifadələrlə söymüş, azyaşlı uşaqlarını özü ilə aparmışdır. Eləcə də bildirir ki, bu kimi hallar əvvəllərdə təkrarlanmışdır. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahş edir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə zorla daxil olmuş, azyaşlı uşaqların qarşısında içtimai qaydanı pozan zorakı hərəkətlər etmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Müdafiəçi Nümayəndə iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 02 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığı nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2024-cü il tarixdə saat 13:00-dan hesablansın. 02 saata görə hesablanmış 12 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-354/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-354/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver