Məhkəmə qərarları › İş №3(046)-357/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-357/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-357/2023 05.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokoluı tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində yaşayır. Həmkəndliləri tərəfindən barəsində edilmiş şikayət ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə Göyçay rayon polis şöbəsinə çağırılmış, polis şöbəsində onun barəsində edilmiş şikayət izah edilmiş və izahatı alınmışdır. Həmin vaxt polis əməkdaşlarının tələblərinə tabe olmuş, heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan başqa bildirir ki, barəsində edilmiş şikayət şər böhtandır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin İTB-nin rəisi polis mayoru X1 göstərmişdir ki, Göyçay rayonu Çərəkə kənd sakinləri tərəfindən, həmin kənddə yaşayan Şəxs barəsində şikayət daxil olmuş, şikayətdə Şəxs kənd məscidinin həyətində xırda-buynuzlu heyvanların otarıldığını, məscidin əhəmiyyətsiz yer olduğunu, Şəxs uşaqlarının təhsildən yayındırdığını, bu hərəkətləri ilə Şəxs cəmiyyət arasında pozuculuq fəaliyyəti ilə məşqul olduğunu göstərmişlər. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Əzizov X2 RPŞ-nə dəvət olunmuş, izahatı alınarkən polisin ünvanına nalayiq ifadələr işlətmiş, ucadan səs-küy salaraq, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin sahə rəisi polis kapitanı X4, şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 12:10-da həbsdən azad edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə, Şəxs oğlunun inzibati qaydada 02 gün müddətinə tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmasını qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 25 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:30-dən hesablansın. Şəxs 02 gün müddətinə inzibati qaydada tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin edilmiş 25 gün inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 23 gün müddətinə inzibati həbs tənbeh növü saxlanılsın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar