Məhkəmə qərarları › İş №3(046)-36/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-36/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-36/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1nun iştirakı ilə, X3 Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan idarə etdiyi "KİA SORENTO MİNİK" markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Üzeyir Hacıbəyov-Kövbək Səfaralıyeva (“PORT BAKU” mollun qarşısı) ilə hərəkətdə olarkən Abbasov Vüqar adlı Bakı Şəhəri DYP (**-YP-***) əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanma zamanı DYP əməkdaşı ona maşında əlavə avadanlıq quraşdırıldığını, bu səbəbdən maşını cərimə meydançasına yerləşdiriləcəyini bildirmişdir. Cərimə meydançasına yaxınlaşanda əvvəllər tanımadığı “Vaqif adlı taksi sürücüsü ona köməkiik göstərə biləcəyini və DYPİ-nin 2-ci otağının əməkdaşlarını tanıdığını bildirmiş, Vaqif DYPİ-nin 2-ci otağına yaxınlaşmalı olduğunu bildirərək, özü də onunla gələrək yolda 2-ci otağın əməkdaşı “Şahruz” adlı şəxsə telefonla yığaraq məlumat almış, Şahruz adlı polis əməkdaşı bildirmişdir ki, nəqliyyat vasitəsinə əlavə avadanlıq quraşdırıldığından avtomobili cərimə meydançasına yerləşdirilib, 151 manat cərimə tərtib ediləcək. Cəriməni ödəyib maşınını cərimə meydançasından götürə bilər, bir neçə dəqiq sonra “Şahruz” adlı DYPİ-nin əməkdaşı “Vaqif-i geri yığaraq köməklik göstərə bilməyəcəyini bildirmişdir. Vaqif yenidən DYPİnin 2-ci otağının rəisi Elçin Qasımovu yığaraq məsələni qeyri qanuni həll etməyi təklif etmiş, Elçin Qasımov telefonda Vaqif-ə Şahruza tapşıracağını, 151 manat çərimə edir ödəyib maşını çıxara biləcəyini bildirmişdir. Bakı şəhər Baş X15 İdarəsinin əməkdaşları Elçin Qasımov və Şahruz ilə telefonla əlaqə saxlayan Vaqif adlı taksi sürücüsü yaxınlaşan zaman ona məsələni qeyri-qanuni yollarla həll etməyi təklif etmiş və 151 manat maşına quraşdırılmış əlavə avadanlığa görə, 10 manat cərimə meydançasının əməkdaşına 10 manat isə özünə xidmət haqqı kimi cəmi 170 manat pul istədiklərini bildirmişdir. Cərimə protokolu və qərarı tərtib edilməmiş ondan 100 dollar məbləğində pul alıb maşınını buraxmışlar. Eyni zamanda taksi sürücüsü və cərimə meydançasında olan 2 siqnal əməkdaşı onu məcbur etmişlər ki, izahat yazsın, bunun qeyri qanuni olduğunu bildirdik də isə Vaqif və əməkdaşlar gün ərzində 40-dan çox şəxsə eyni qayda da köməklik etdiklərini və maşınlarını buraxdıqlarını bildirmişlər. Bir gün sonra isə barəsində İXM-nin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə İXP ******* saylı, köhnə xx.xx.2022-ci il tarixli protokol və onun əsasında TP ******* saylı qərar tərtib etmişlər. Lakin məlumatı olmayan protokolun və qərarın cəriməsini özləri ödəyiblər. Belə ki, avtomobilinin üzərində olan AR İXM-nin 342.2.2-ci maddəsinə aid deyil, AR İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuna görə protokol tərtib edilə bilər, o da xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə tətbiq edilə bilər. Lakin onun barəsində İXM-nin 342.2.2-ci maddəsinə əsasən cərimə protokolu və qərarı tərtib edilmiş və cəriməni həmin şəxslər ödəmişlər. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qanunsuz olduğundan ləğv edilməlidir. Buna görə də şikayətin təmin edilməsini xahiş edir. Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış şikayət ərizəsinə etirazdan görünür ki, X6 25 dekabr 2022- ci il tarixində saat 17:06 radələrində idarə etdiyi KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabail rayonu Ü.Hacıbəyov K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən Bakı şəhəri Baş Polis İdarəsinin X15 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti X7 Bölüyünün YPX inspektoru polis baş serjantı X8 tərəfindən konstruksiya dəyişikliyinə görə saxlanılmış xətanın mahiyyəti yerində izah edilmiş, lakin sürücü xətanın mövcudluğunu qəbul etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, sürücüyə təqdim edilmiş, lakin Sadiq Mayılov protokolu götürməmişdir. Bundan sonra KİA SORENTO minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti ilə 25 dekabr 2022-ci il tarixində 17:15-də BDYPİ-nin 21 nömrəli Siqnal İdarəsinin cərimə meydançasına yerləşdirilmişdir. X6 ərizə yazmış, idarə etdiyi nəqliyyat vasitəsinin duman işıqlarında olan led lampaların sökülməsinə söz vermişdir. Bundan sonra onun nəqliyyat vasitəsi cərimə meydançasından buraxılmış, Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin İnzibati Xətalar X13 İcraat Şöbəsinin inspektoru X5 tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokola X3 iştirakı ilə baxaraq 150 (yüz əlli) manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmiş və haqqında tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati cərimə isə ödənilmişdir. Göründüyü kimi X6 avtomobili konstruksiya dəyişkiliyi ilə idarə edərək qəsdən inzibati xəta törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Maddənin tələbindən göründüyü kimi qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, X6 KİA SORENTO minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qanunla tətbiqinə icazə verilməyən led lampalar quraşdıraraq idarə etmişdir. Eyni zamanda şikayət ərizəsində törətdiyi inzibati xətanı qəbul edərək lakin İXM-nin 342.2.2-ci maddəsi ilə deyil, İXMnin 342.5-ci maddəsi ilə məsuliyyət məsələsinin olmasını göstərmişdir. Bununla bağlı bildirir ki, İXM-nin 342.5-ci maddəsi o halda tətbiq edilə bilər ki, avtomobilə zavod istehsalçı tərəfindən qoyulmuş xarici işıq cihazları nasaz yəni işləmədikdə sürücü tərəfindən belə əziyyətdə idarə edildikdə tətbiq oluna bilər. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddsəinin İİ-hissəsinin 3-cü bəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Göründüyü kimi bu halların olması yol hərəkəti qayda pozuntusu hesab edilməklə inzibati xətanın törədilməsi kimi qəbul edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi idarə olunmasından kənarlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat cərimə tətbiq edilir. İşin faktiki halları araşdırılarkən düzgün olaraq X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X15 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib barəsində xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Buna görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 25 dekabr 2022- ci il tarixində saat 17:06 radələrində idarə etdiyi KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabail rayonu Ü.Hacıbəyov K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozumuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 25 dekabr 2022- ci il tarixində saat 17:06 radələrində idarə etdiyi KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabail rayonu Ü.Hacıbəyov K.Səfərəliyeva küçəsinin kəsişməsində avtomobili konstruksiya dəyişikliyi edərək idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. (Qeyd edilən cərimə ödənilmişdir.) Məhkəməyə təqdim edilmiş Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti ilə saxlanca yerləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X6 KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobildə olan led işıqların sökülməsinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddsəinin İİhissəsinin 3-cü bəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İşin araşdırılmış hallarından görünür ki, X6 25 dekabr 2022- ci il tarixdə saat 17:06 radələrində idarə etdiyi KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabail rayonu Ü.Hacıbəyov K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən konstruksiya dəyişikliyinə DYPİ-nin əməkdaşı tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, bundan sonra KİA SORENTO minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkəti ilə 25 dekabr 2022-ci il tarixində 17:15-də BDYPİ-nin 21 nömrəli Siqnal İdarəsinin cərimə meydançasına yerləşdirilmişdir. X6 ərizə yazaraq idarə etdiyi nəqliyyat vasitəsinin duman işıqlarında olan led lampaların sökülməsinə söz vermiş, inzibati xətanın törətdiyini etiraf etmişdir. Daha sonra Bakı şəhəri Baş Polis İdarəsinin X14 İdarəsinin İnzibati Xətalar X13 İcraat Şöbəsinin inspektoru X5 tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmiş, X6 150 manat məbləğində inzibati qaydada cərimə olunmuş, cərimə ödənilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X6 tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassızdır. Belə ki, X2 Sadiq Çingiz oğlu 25 dekabr 2022- ci il tarixində saat 17:06 radələrində idarə etdiyi KİA SORENTO minik markalı 90-ZY200 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Sabail rayonu Ü.Hacıbəyov K.Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Məhkəmə baxışı zamanı X6 Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar X13 sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, X1nun Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. X3 Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar