Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-361/2023 03.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X3, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Hüquqi ünvanı Göyçay şəhəri Natəvan küçəsi ev 7, mənzil 31-də olan Şəxs MMC-i X1 01 mart 2023-cü il tarixdən 30 mart 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İnzibati xəta hadisənin olması 31 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş X2 X8 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, 01 mart 2023-cü il tarixdə ona məxsus Şəxs MMC-də X4 iş icraçısı vəzifəsində işə qəbul olunmuşdur. Şəxs MMC şirkəti Abşeron rayonu Saray qəsəbəsində 16 mərtəbəli yaşayış binasının tikintisini aparmış, mərhum X4 görülən işlərin gedişatına və işçilərin işə gəlib getməsinə ümumi qaydada nəzarət etmişdir. 30 mart 2023-cü il tarixdə hava küləkli olduğu üçün işçilər işə cəlb edilməmiş, həmin gün saat 09 radələrində X4 tikintiyə yaxın məsafədə yaşadığı üçün hərdən tikintiyə nəzarət etmək üçün gəlmişdir. Görüntü kamerasından Rüfət Kərimovun qaldırıcı kranın yanında siqaret çəkdiyi, siqarət çəkən zaman qəflətən hündürlükdən başına taxta parçasının düşdüyü görünmüşdür. Bu zaman mühafizəçi, Rüfət Kərimovun yıxıldığını görmüş və dərhal ofisə gedərək hadisə ilə bağlı dosdu Rəşada məlumat vermişdir. Rəşad təcili yardıma zəng etməsinə baxmayaraq təcili tibbi yardım oraya gəlməmiş, yoldan təcili tibbi yardım avtomobilini tikinti ərazisindən gətirərək Rüfət Kərimovu 1 nömrəli kliniki tibbi yardım mərkəzinə aparmışlar. İş materiallarına əlavə edilmiş X5 X8 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahat verərək göstərmişdir ki, mərhum X4 onun atasıdır. Atası 2023-cü ilin fevral ayının sonlarından Şəxs MMC şirkətində iş icraçısı işləmişdir. xx.xx.2023-cü il tarixdə rayonda yaşayan qohumları ona zəng edərək, atasının işlədiyi yerdə başına taxta düşdüyünü, xəstəxanaya aparıldığını bildirmişlər. Daha sonra 1 nömrəli X9 getmiş, onu orada X7 qarşılamış və atasının başına 4-cü mərtəbədən taxta düşdüyünü bildirmişdir. Bəxtiyar ona atası ilə əmək müqaviləsini bağlandığını bildirmiş, lakin X8 Xidmətinin Bakı şəhər İdarəsində izahat vermək üçün gəldikdə ona məlum olmuşdur ki, atası ilə bağlanmış əmək müqaviləsinin tarixi xx.xx.2023-cü il göstərilsə də, ƏMAS alt sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin surətindən görünür ki, X4 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə imzalanmış və sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş elektron çıxarışdan görünür, X4 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə saat 11:01-də sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı TTBYS-dan X6 İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixli, saat 11:35-də daxil olan məlumatdan görünür ki, Şəxs MMC şirkətində işləyən X4 xx.xx.2023-cü il tarixdə saat 10 radələrində açıq kəllə beyin travması ilə saat 10:35-də KTM-ə aparılmışdır. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2.1,18.2.2,18.2.3,18.2.4cü maddələrinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi törədilən inzibati xətalara görə cəlb edilir. Hazırkı iş üzrə Şəxs MMC ilə mərhum X4 arasında əmək münasibətlərinin olmadığı iş materiallarında olan şahid kimi izahat vermiş mərhumun oğlu X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsində verdiyi izahatla, eləcə də iş materiallarına əlavə edilmiş sübutlara təsdiq olunur. Şəxs MMC-i təmsil etmək və ya adından qərarlar qəbul etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və ya həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisi X4 tərəfindən Şəxs MMC-in xeyrinə işin görülməsinə cəlb edilməsi faktı öz təsdiqini tapdığından hesab edirəm ki, faktla bağlı inzibati araşdırma aparılmış X8 Xidməti Şəxs MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən Şəxs MMC-i tərəfindən X1 xx.xx.2023-cü il tarixdən başlayaraq Abşeron rayonu, Saray qəsəbəsində 16 mərtəbəli yaşayış binasında aparılan tikinti işlərin (xidmətlərin) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların olması müəyyən edilmədi. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-i barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq qərar aldım: Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-361/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-361/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver