Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-362/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, inzibati xəta törətmiş Şəxs və zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Göyçay şəhəri, Nizami küçəsi, ev 242-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin böyük icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, Göyçay Rayon Məhkəməsinin 2(046)-2383/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə zərər çəkmiş şəxs X2 1950 manat aliment borcunu ödəməmişdir. İnzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan zərər çəkmiş şəxs X1 xeyrinə hər ay bir uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hər ay mütamadi olaraq zərər çəkmiş X2 100 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda heç yerdə işləmir. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, Şəxs ona olan 1950 manat borcunu ödəmədiyi üçün onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan zərərçəkmiş şəxsə aliment borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 15:25-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-362/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-362/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver