Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-363/2024 16.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X6 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X7 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 900 manat inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini belə əsaslandırmışdır ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin məsləhətçi - əmək müfəttişi X8 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin işçisi X16 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbinə uyğun işçiyə düşən bütün ödənclər tam məbləğdə işdə çıxdığı gün verilməmişdir. Məsləhətçi - əmək müfəttişi X14 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X17 tərəfindən xx.xx.2024-cü il tarixdə baxılmış, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul edilmişdir.İşin hallarından göründüyü kimi X16 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmiş, bu barədə tərəfimdən müvafiq əmr imzalanmış, həmin əmrdə Rac Nüsrüyevə son haqq-hesabın hesablanması və hazırki əmrin imzalandığı tarixdə onun əmək haqqı kartına ödənilməsinin təmin edilməsi, eləcə də həmin hissədə əmrin icrası maliyyə şöbəsinə departamentinə həvalə edilməsi qərara alınmışdır. Göründüyü kimi tərəfindən "xxxx" MMC ilə X16 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilərkən sonuncuya son haqq-hesabın hesablanması və əmrin verildiyi tarixdə ödənişin verilməsinin təmin edilməsi mühasibatlığa tapşırılmış, lakin mühasib əmrin icrasını təmin etməmişdir.Buna görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, X12 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X6 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə X7 barəsində 900 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə bildirişi vasitəsi ilə, məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bəylər Abbasov məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Kənd MMC-nin işçisi X16 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin işçiyə düşən ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməmişdir. İnzibati materiala əlavə edilmiş 25 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 900 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Kənd MMC-də gözətçi vəzifəsində işləyən X18 ilə bağlanmış əmək müqaviləsinə xitam xx.xx.2023-cü il tarixdən xitam verilsin. İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 2 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/ departamentinə həvalə edilsin. Məhkəməyə təqdim edilmiş Kənd MMC-nin direktoru İkram Vəliyev tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 Kənd MMC-də işlədiyi avqust və sentyabr ayrlarının əmək haqqı ödənilməmişdir. Əmək haqqının ödənilməməsinə səbəb maliyyə çətinliyi olmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli Kənd MMC-nin direktoru X15, Kənd MMC-nin mühasibi X11 və X18 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X18 işdən azad edilməyinə baxmayaraq ona əmək haqqı ödənilməmişdir. Hazırda 2023-cü ilin avqust və sentyabr ayrlarının əmək haqqısı (800 manat) xx.xx.2024-cü il tarixdə ona təqdim edildi. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, yalnız bu sahəni nizama salan normativ hüquqi aktların tələblərinin pozulmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib, tənbeh edilə bilər Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Kənd MMC-nin işçisi X16 ilə Kənd MMC bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İşçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 2 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/ departamentinə həvalə edilmişdir. Lakin əmək haqqı X16 işdən azad olunduğu gün ödənilməmiş, xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Göründüyü kimi Kənd MMC-nin direktoru olmuş X2 tərəfindən əmək qanunvericiliyinin tələbini pozmuşdur. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübut müəyyən edilməmişdir. Odur ki, X2nun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X17 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-363/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-363/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver