Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-364/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1989-cu ildə Göyçay rayonu Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qaraməryəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 29 may 2023-cü il tarixdə Göyçay rayonu Qaraməryəm kəndində qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı istehlak etmişdir. İnzibati xəta hadisənin olması 08 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahid izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yaşadığı Göyçay rayonu Qaraməryəm kəndində olarkən polis əməkdaşları ona yaxınlaşaraq X2 döyülməsi faktı ilə bağlı şübhəli olduğunu bildirmiş və onu rayon polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində polis əməkdaşlarının onun narkotik vasitələrdən istifadə edib-etmədiyi barədə sorğu-sual zamanı polis əməkdaşlarına səmimi olaraq narkotik vasitə istifadəçisi olduğunu, sonuncu dəfə narkotik vasitə olan marixuanadan təxminən 10 gün əvvəl istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Narkoloji Dispanserində həkim müayinəsindən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4 bildirdi ki, Göyçay rayonu, Şahsoltanlı kənd sakini X2 Şəxs tərəfindən döyülməsi faktı ilə bağlı Göyçay rayon Qaraməryəm kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə yaxınlaşaraq rayon polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində onun narkotik vasitələrdən istifadə edib-etmədiyi barədə sorğu-sual zamanı Şəxs 10 gün əvvəl narkotik vasitə olan marixuadan istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Şəxs Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 594 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan marixuananın təsiri altında olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 07 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 08 iyun 2023-cü il tarixli, 987 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etiraf edərək əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-364/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-364/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver