Məhkəmə qərarları › İş №3(046)-364/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-364/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-364/2024 16.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Fizuli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 16 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş 17 avqust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında elektron qərara əsasən 80 (səksən) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs oğlu cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, qeyd edilən inzibati qərar Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Buna görə də inzibati material üzrə işə baxılmasına xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)-729/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilməsinə dair Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilməsinə dair Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edildiyini nəzərə alaraq, Fizuli rayon Polis Şöbəsi tərəfindən Şəxs oğlu barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 16 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; Qanunun mənasından göründüyü kimi Şəxs oğlu barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129 və 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib edilmiş 17 avust 2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərar Göyçay Rayon Məhkəməsinin 3(046)-729/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən ləğv edildiyindən, Fizuli rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 16 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar