Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-365/2020 22.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Göyçay EŞ-nin rəisi X1 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı, **-KB-*** avtomaşınla hərəkətdə olarkən idarəetməni itirərək Göyçay EŞ-in balansında olan işıq dirəyinə dəyərək Göyçay EŞ-ə maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi VAZ- 21063 markalı **-KB-*** avtomaşınla hərəkətdə olarkən idarəetməni itirmiş, Göyçay EŞ-in balansında olan işıq dirəyinə dəyərək Göyçay EŞ-ə maddi ziyan vurmuşdur. İş üzrə zərərçəkmiş qismində izahat vermiş Göyçay EŞ-nin rəisi X2 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Göyçay şəhəri M.Hüseynzadə küçəsində Şəxs idarə etdiyi avtomobillə Göyçay EŞ-in balansında olan işıq dirəyini vuraraq Göyçay EŞ-ə maddi ziyan vurmuşdur. Bununla bağlı Göyçay Rayon Polis şöbəsinə müraciət etmiş və Şəxs etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı **-KB-*** avtomaşınla hərəkətdə olarkən Göyçay EŞ-in balansında olan işıq dirəyinə maddi ziyan vurduğu aşkar olunmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində Göyçay EŞ-nə dəymiş maddi ziyan Şəxs tərəfindən ödənilməmişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş Göyçay EŞ-nin rəisi X1 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərərçəkmiş Göyçay EŞ-nə maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXMnın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-365/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-365/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver