Məhkəmə qərarları › İş №3(046)-366/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-366/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-366/2023 14.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmişin nümayəndəsi Göyçay şəhər İHB-nın İƏDÜN-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 45-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu M.Hüseynzadə küçəsində Ford Fusion markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olarkən idarə etməni itirmiş, yol kənarındakı məhəccərlə toqquşmuş, nəticədə Göyçay şəhər İHB-nın İƏDÜN-nə 819.50 manat maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu M.Hüseynzadə küçəsində Ford Fusion markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olarkən idarə etməni itirmiş, yol kənarındakı məhəccərlə toqquşmuş, nəticədə Göyçay şəhər İHB-nın İƏDÜN-nə 819.50 manat maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Xərərçəkmişin nümayəndəsi Göyçay şəhər İƏDN-nin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu M.Hüseynzadə küçəsində Ford Fusion markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə sərxoş vəziyyətdə hərəkətdə olarkən idarə etməni itirmiş, yol kənarındakı məhəccərlə toqquşmuşdur. Hadisə nəticəsində Göyçay şəhər İHB-nın İƏDÜN-nin 819.50 manat maddi ziyan dəymişdir. Hal-hazırda Şəxs tərəfindən nümayəndəliyə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Buna görə də ondan şikayət və tələbi yoxdur. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə inzibati tənbeh təyin edilməlidir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli 168 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İşə materiallarına əlavə edilmiş Göyçay şəhər İHB-nın İƏDÜN-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində Göyçay şəhər İHB-nın İƏDN-nə 819.50 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məxsus sürücülük vəsiqəsi təyin edilmiş 2 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması tənbehinin icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin Yevlax 7 saylı rayonlararası X1 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, ona 700 manat inzibati cərimə təyin edilisn. Qərarın icrası Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına aid hissədə Yevlax 7 saylı X2, inzibat cərimə hissəsində isə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar