Məhkəmə qərarları › İş №3(046)-367/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-367/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-367/2022 21.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X10 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Potu kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafedə xüsusi karantin qaydalarını pozmuşdur. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafesini icarəyə götürmüşdür. Həmin kafedə onun dörd nəfər işçisi işləyərək əməkhaqqı alırlar. X1 ilə əmək müqaviləsi bağlamışdır. Digər iki nəfər X8 və X5 ilə əmək müqaviləsi bağlamamışdır. xx.xx.2022-ci il tarixdə işçisi Tofiq Həsənov ona zəng vuraraq polis əməkdaşlarının kafeyə gələrək koronavirus əleyhinə Covid 19 pasportu yoxlamağa gəldiklərini eləcə də, kafenin içərisində müştərilərin tütün məmulatlarının çəkməsinə irad bildirdiklərini bildirmişdir. Daha sonra kafeyə gələrək, orada polis əməkdaşlarının apardığı yoxlama zamanı Seymur Mollayevin 3-cü doza koronavirus əleyhinə vaksinasiya olunmadığı müəyyən edilmişdir. Həmçinin özü də Covid 19 əleyhinə dair 1-ci doza vaksinasiyanı xx.xx.2022-ci il tarixdə vurdurmuşdur. Kafedə xidmət göstərən işçilərin vaksinasiya olunma məcburiliyini bilməsinə baxmayaraq əməl etməmişdir. Törətdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin manqa komandiri X6 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da reyd zamanı Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafeyə daxil olmuşlar. Orada özlərini təqdim edərək “Nazirlər Kabineti yanında Operativ Qərargahın” qərarına əsasən “xüsusi karantin rejimi” qaydasına uyğun Covid 19 əleyhinə vaksinasiya yoxlaması aparılan zaman işçilərdən X3 3-cü doza vaksinasiyası olmadığı aşkar edilmiş, həmin kafedə özünü sahibkar kimi təqdim edən Şəxs işçiləri X5 və X8 ilə əmək müqaviləsi bağlamadığı aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X7 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 18:30-da xidmətdə olan zaman Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafeyə daxil olmuşlar. Orada özlərini təqdim edərək “Nazirlər Kabineti yanında Operativ Qərargahın” qərarına əsasən “xüsusi karantin rejimi” qaydasına uyğun Covid 19 əlehinə vaksinasiya yoxlaması aparılan zaman işçilərdən X3 3-cü doza vaksinasiyası olmadığı aşkar edilmiş, həmin kafedə özünü sahibkar kimi təqdim edən Şəxs işçiləri X5 və X8 ilə əmək müqaviləsi bağlamadığı aşkar edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:20-də Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafesində xüsusi karantin qaydalarını pozmaqla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, inzibati xətanın törədilmə şəraitini, həmçinin törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddələrinin sanksiya nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar