Məhkəmə qərarları › İş №3(046)-368/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-368/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-368/2022 26.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X5 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Kürd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay RPŞ-nin inzibati binasının qarşısında xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Əmioğlu” adlanan kafedə dönərçi işləyir. xx.xx.2022-ci il tarixdə həmin çay evinin sahibi Tərlanı polis şöbəsinə aparmışlar. Bundan sonra həmin gün saat 22 radələrində Tərlanın işi ilə əlaqədar məlumat almaq üçün polis şöbəsinə getmişdir. Polis şöbəsinin qarşısında olduğu zaman mobil telefon vasitəsi ilə çəkiliş etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsə də o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Törədiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin kiçik serjantı X1 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 1 nömrəli piyada postunda X2 ilə xidmət aparan zaman polis şöbəsinin girişində bir nəfər şəxsin ucadan səs-küy salaraq əlindəki mobil telefon vasitəsi ilə çəkiliş etdiyini görmüş, onu nizam intizama dəvət etməklərinə baxmayaraq öz hərəkətlərini davam etdirərək səs-küy yaratmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X2 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 1 nömrəli piyada postunda X1 ilə xidmət aparan zaman polis şöbəsinin girişində bir nəfər şəxsin ucadan səs-küy salaraq əlindəki mobil telefon vasitəsi ilə çəkiliş etdiyini görmüş, onu nizam intizama dəvət etməklərinə baxmayaraq öz hərəkətlərini davam etdirərək səs-küy yaratmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay RPŞ-nin inzibati binasının qarşısında xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar