Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-368/2023 22.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X2, X3 Göyçay rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin 09 iyun 2023-cü il tarixli inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şikayət vermiş şəxs X1 rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin inzibati xəta haqqında 09 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə inzibati xəta haqqında protokolda İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olmadığı təqdirdə YPX-nin əməkdaşları ona yaxınlaşaraq avtomobilində konsturuksiya dəyişikliyi olduğu və avtomobilin duracağa getməsini bildirmişdir. Avtomobil duracağa yerləşdirildikdən sonra barəsində İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə protokol tərtib edilmişdir. O, tərtib edilmiş protokolun qanunsuz olduğunu, özünə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Sport yazıldığını YPX-nin əməkdaşlarına bildirmiş, lakin, onun etirazına məhəl qoyulmamışdır. YPX-nin əməkdaşları barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa qeydiyyat şəhadətnaməsinə sport yazıldığı təqdirdə, avtomobilə konsturuksiya dəyişikliyi etmək qanuna uyğun hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olmadığı təqdirdə YPX-nin əməkdaşları ona yaxınlaşaraq avtomobilində konsturuksiya dəyişikliyi olduğu və avtomobilin duracağa getməsini bildirmişdir. Avtomobil duracağa yerləşdirildikdən sonra barəsində İXM-nin 342.2.2-ci və 342.2.3-cü maddələri ilə protokol tərtib edilmişdir. O, tərtib edilmiş protokolun qanunsuz olduğunu, özünə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində Sport yazıldığını YPX-nin əməkdaşlarına bildirmiş, lakin onun etirazına məhəl qoyulmamışdır. YPX-nin əməkdaşları barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bundan başqa qeydiyyat şəhadətnaməsinə sport yazıldığı təqdirdə, avtomobilə konsturuksiya dəyişikliyi etmək qanuna uyğun hesab etmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis şöbəsinin DYPB-nin rəisi Vüsal Həsənov izahat verərək bildirdi ki, 09 iyun 2023-cü il tarixdə ** XT *** dövlət qeydiyyat nişanlı «VAZ 21705» markalı minik avtomobilin sürücüsü X4 nəqliyyat vasitəsinin konsturuksiyasında dəyişiklik edilməsinə görə barəsində İXM-in 342.2.2-ci və 342.2.3-cü maddələri inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 inzibati xəta haqqında protokola razı olmadığına görə qərar qəbul edilməmişdir. Proses iştirakçılarının izahatlarını dinləyib, habelə şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan şikayət vermiş şəxs X3 İXM-in 342.2.2-ci və 342.2.3-cü maddələri təqsirli bilinməsinə dair səlahiyyətli orqanın qərarının çıxarılması müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin müddəalarına görə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X4 tərəfindən 09 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, qərara aldım: X4 tərəfindən 09 iyun 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-368/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-368/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver