Məhkəmə qərarları › İş №3(046)-369/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-369/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-369/2023 08.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.2000-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Göyçay şəhəri, H.Əliyev prospekti ev 118-də yaşayan X1 Göyçay rayon X8 X9 İnzibati Təcrübə üzrə inspektoru X3 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X1 Göyçay rayon X8 X9 İnzibati Təcrübə üzrə inspektoru X3 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət Göyçay Rayon Məhkəməsinə 14 iyun 2023-cü il tarixdə daxil olmuşdur. X4 şikayətini belə əsaslandırmışdır ki, **-UK-*** dövlət qeydiyyat nişanlı, Vaz 21705 minik markalı avtonəqliyyat vasitəsi X5 məxsusdur. O, avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixində Göyçay şəhəri Natəvan küçəsində hərəkətdə olmadığı təqdirdə DYP əməkdaşları yaxınlaşıb ona avtomobilində konstruksiya dəyişikliyi olduğu və avtomobilin duracağa təmin olunmalı olduğu bildirmişlər. Barəsində İXM 342.2.2-ci və 342.2.3-cü maddəsi ilə protokol tərtib edildi. O, bunun qanunsuz olduğunu, şəxsə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində sport yazıldığını bildirmişdir. Tərtib edilmiş protokola əsasən xx.xx.2023-cü il tarixdə inzibati qaydada 150 manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeydiyyat şəhadətnaməsinə sport yazıldığı təqdirdə, avtomobilə konstruksiya dəyişikliyi etmək qanunauyğundur. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İşin obyektiv və hərtərəfli həlli üçün Göyçay Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadı ilə X1 idarə etdiyi **-UK-*** dövlət qeydiyyat nişanlı, Vaz 21705 minik markalı avtomobilin texniki vəziyyətini müəyyən etmək məqsədi ilə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli məlumatı ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, məlumat 14 iyul 2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə çatdırılmışdır. Göyçay Rayon Məhkəməsinin 19 iyul 2023-cü il tarixli qərardadı ilə X1 idarə etdiyi **- UK-*** dövlət qeydiyyat nişanlı, Vaz 21705 minik markalı avtomobilin texniki vəziyyətini müəyyən etmək Sumqayıt RQİ-nin TBŞ-nə həvalə olunmuşdur. Sumqayıt Regional qeydiyyat-imtahan və Texniki baxış şöbəsindən məhkəməyə daxil olmuş, 02 avqust 2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, «Vaz-21705» markalı 90UK421 dövlət qeydiyyat nişanlı avtomobilin hazırda konstruksiya parametrlərinə dəyişiklik edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün həmin nəqliyyat vasitəsi DİN BDYPİ-nin Sumqayıt RQİ və TB şöbəsinə və ya ixtisaslaşdırılmış texniki təmir stansiyalarına təqdim olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Göyçay rayon X8 X9 nümayəndəsi və qərardan şikayət vermiş şəxs X4 məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə oların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Göyçay rayon X8 X9 İnzibati Təcrübə üzrə inspektoru X3 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə, bu barədə qərardad qəbul edilir. Hesab edirəm ki, X4 şikayətin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, şikayət baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 52-ci maddələrini rəhbər tutub, qərara aldım: X1 Göyçay rayon X8 X9 İnzibati Təcrübə üzrə inspektoru X3 “inzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar