Məhkəmə qərarları › İş №3(046)-37/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-37/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-37/2024 22.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs məxsus istehsalı və ya satılması qadağan olunmuş mallar olan pirotexniki vasitə 27 dekabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Anar market” adlanan mağazada polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana (nümayəndəsinə) lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yaşayır. Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Anar market” adlanan mağazasında satıcı işləyir. Həmin mağazada yeni il bayramı ilə əlaqədar olaraq keçən ildən qalmış pirotexniki vasitələr satmışdır. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşları işlədiyi yerə gələrək onun pirotexniki vasitələrinin satmasını müəyyən etmiş, polis əməkdaşları ona həmin vasitələrin satışının qadağan olunmasını bildirdikdə o, həmin pirotexniki vasitələrin satışının qadağan olunmasını bilmədiyini demişdir. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, hal şahidləri X2 və X1 iştirakları ilə Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Anar market” adlanan mağazasında satışı və istifadəsi qadağan olunmuş 11 qutu pirotexniki vasitə aşkar olunaraq maddi sübut kimi götürülmüşdür; xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X3 rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, polis nəfəri, polis baş serjantı Elçin Nəbiyev ilə birlikdə şəhər ərazisində xidmət aparan zaman xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “Anar market” adlanan mağaza sahibinin həmin mağazada istehsalı və satılması qadağan olunmuş pirotexniki vasitələrin satdığını müəyyən etmişlər. Daha sonra barəsində qanuni tədbirlər görülməsi üçün Göyçay rayon polis şöbəsinə dəvət edilərək növbətçi hissəyə təhvil verilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə məsuliyyət nəzərdə tutur. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin digər hallarını, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar