Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-370/2023 14.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Göyçay rayonu Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çayarxı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayon PŞ-nin həyətində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri ərazisində YPX-nin əməkdaşlı idarə etdiyi VAZ 2107 dövlət nömrə nişanlı **-BF-*** dövlət nömrə nişanlı avtomobili saxlamışlar, ona avtomobilinin arxa tərəfinin aşağı olduğunu bildirərək polis şöbəsinə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə getmiş, polis şöbəsində olarkən bir nəfər mülki şəxsin avtomobilinə əyləşmək istədiyini görmüş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Sonradan həmin şəxsin polis əməkdaşı olduğunu bilmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin DYPB-nin polis baş leytenantə X1 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Göyçay şəhəri ərazisində xidmətdə olarkən, Şəxs idarə etdiyi VAZ 2107 dövlət nömrə nişanlı **-BF-*** dövlət nömrə nişanlı avtomobilində kontruksiya dəyişikliyi, yəni avtomobilin arxa tərəfinin aşağı, qarşı tərəfinin isə yuxarı edərək idarə etdiyinə görə saxlamış, avtomobilin Göyçay RPŞ-nə getməli olduğunu bildirmiş və avtomobil polis şöbəsinə gətirələrək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa Şəxs əvvəllərdə idarə etdiyi avtomobillə xuliqanlıq hərəkətləri etmiş, lakin polis əməkdaşlarından yayınmışdır. Məhkəməyə təqdim edilmiş Foto görüntülərindən görünür ki, Şəxs istifadəsində olan VAZ 2107 dövlət nömrə nişanlı **-BF-*** dövlət nömrə nişanlı avtomobildə konstruksiya dəyişikliyi edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-370/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-370/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver