Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-370/2024 10.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs, müdafiəçisi X2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Göyçay şəhərində anadan olmuş, evli, orta təhsilli, himayəsində iki az yaşlı uşağı olan, işsiz, Göyçay şəhəri, H.B.Əliyev küçəsi, 11 A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli və ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs 09 may 2024-cü il tarixdə saat 16 radələrində barəsində olan HK-1-792 saylı materialla bağlı polis əməkdaşları tərəfindən Göyçay rayon Polis Şöbəsinə dəvət edilərkən ictimai qaydanı pozaraq ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanuni tələblərinə qəsdən tabe olmamış, qaçmağa cəhd göstərərək polis şöbəsinə getməkdən imtina etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirdi ki, inzibati xəta törətmiş Şəxs barəsində Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsində 10 yaxın ayrı-ayrı qeydiyyata alınmış materiallar var. Materialların hamısı dələduzluq xarakterlidir. Dəfələrlə Şəxs yaşadığı ünvana gedilmiş, lakin o ünvanda olmamış, uzun müddətdir ki, polis şöbəsinə gəlməyərək izahat verməmişdir. Təhqiqat bölməsinin məktubu əsasında Göyçay rayon Polis Şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəxs yaşadığı ünvana gedərək barəsində olan materiallarla bağlı polis şöbəsinə dəvət etmişlər, lakin o, ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərərək polis şöbəsinə getməkdən imtina etmişdir. Daha sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Kənd təsərrüfat mallarının alqı-satqısı ilə məşğul olur. 09 may 2024-cü il tarixdə polis əməkdaşı Zərərçəkmiş şəxs2 onun mobil telefonuna zəng edərək Göyçay rayon Polis Şöbəsində barəsində olan materiallarla bağlı ərizə almaq üçün yaşadığı ünvana gələcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadığı ünvana gələrək onlarla bərabər polis şöbəsinə getməsini bildirdikdə o polis şöbəsinə nə səbəbə görə çağırılmasını, çağırışla bağlı ona heç bir çağırış vərəqəsi gəlmədiyini bildirərək polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu təkidlə getməsinə məcbur etdikdə o, həyəcanlandığı və qorxduğu üçün qonşunun həyətinin hasarından keçmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 onun arxasınca gəlmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən aldığı xəsarətlərlə bağlı sahə rəisi Zaur müəllimə həkimə gedərək ekspertdən keçməsini bildirdikdə Zaur müəllim ona narahat olmamasını, həkimə aparılaraq ekspertdən keçiriləcəyi bildirmiş, amma həkim müayinəsinə aparılmamışdır. Qeyd edir ki, polis şöbəsində onun adından yazılan izahatdan məlumatı yoxdur. İzahatda qeyd edilən imza ona aid deyildir. Bundan başqa bildirir ki, o küçədə söyüş söyməmiş, polis əməkdaşlarına tabesizlik göstərməyərək onlarla bərabər polis şöbəsinə öz razılığı ilə getmişdir. Barəsində tərtib edilmiş protokol heç bir həqiqəti əks etdirmir. Məhkəmədən iki az yaşlı uşaqlarının olmasını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, Göyçay rayon Polis Şöbəsinin sahə rəisi Zərərçəkmiş şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan materiallarla əlaqədar olaraq Şəxs yaşadığı ünvana getmiş, Şəxs onlarla birlikdə izahat vermək üçün rayon polis şöbəsinə gedilməsi bildirilmiş, lakin o polis şöbəsinə getməkdən imtina edərək onlara kobud cavab vermiş və mübahisə etməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etməklərinə baxmayaraq, o ucadan nalayiq söyüşlər söyərək onlara hədə-qorxu gəlmiş, onların qanuni tələblərinə tabe olmamış, qonşularının hasarından keçərək qaçmağa cəhd göstərmişdir. Bu zaman polis əməkdaşı Zərərçəkmiş şəxs2 onu saxlamaq məqsədi ilə onun arxasınca getmiş, Şəxs tabe olmasını bildirdikdə qonşunun həyətində olan dəhrə ilə Zərərçəkmiş şəxs2 müqavimət göstərməyə başlamışdır. Daha sonra Şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, hadisə vaxtı Şəxs əldə etdiyi dəhrə təhqiqat bölməsinə təhvil verilmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qayada tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan materiallarla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Şəxs mobil telefonuna zəng edərək ərizə alınması üçün yaşadığı ünvana gələcəyini demişdir. Sonradan polis əməkdaşı Zərərçəkmiş şəxs1la birlikdə onun yaşadığı ünvana getmiş, Nicata onlarla birlikdə izahat vermək üçün polis şöbəsinə gedilməsi bildirilmiş, lakin o onlara qarşı kobud cavab verərək getməkdən imtina edərək mübahisə etməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etməklərinə baxmayaraq o, qanuni tələblərinə tabe olmamış, ucadan nalayiq söyüşlər söyərək qonşusunun hasarından keçərək qaçmağa cəhd göstərmişdir. Həmin vaxt o, Şəxs zərərsizləşdirmək üçün onun arxası ilə hasardan keçmiş, həmin vaxt Nicat əlinə dəhrə alaraq ona müqavimət göstərməyə başlamışdır. Daha sonra Şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, hadisə vaxtı Şəxs əldə etdiyi dəhrə təhqiqat bölməsinə təhvil verilmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qayada tədbirlər görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Kərimovun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay RPŞ daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində barəsində olan materiallarla bağlı Göyçay rayon Polis Şöbəsinə çağırılarkən polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanuni tələblərinə tabe olmamış, qaçmağa cəhd göstərərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay RPŞ daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində barəsində olan materiallarla bağlı Göyçay rayon Polis Şöbəsinə çağırılarkən nalayiq söyüşlər söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. -xx.xx.2024-cü tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı Rüstəm Xəlilov rayon polis şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, HK-1/792 nömrəli materialın araşdırması zərurəti ilə əlaqədar olaraq Göyçay şəhəri, H.B.Əliyev küçəsi, 11 A ünvanında qeydiyyatda olan Şəxs izahatının alınması ilə bağlı Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsinə gətirilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsin xahiş etmişdir. -xx.xx.2024-cü tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin sahə rəisi Zərərçəkmiş şəxs2 rayon polis şöbəsinin rəisinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə polis əməkdaşı Zərərçəkmiş şəxs1la birlikdə Göyçay rayon Polis Şöbəsinin təhqiqat bölməsində aparılan HK-1/792 nömrəli material ilə əlaqədar olaraq Göyçay şəhəri, H.B.Əliyev küçəsi, 11 A ünvanında qeydiyyata olan Şəxs rayon polis şöbəsində izahat verməsi zərurəti olduğunu bildirdikdə Şəxs ona kobud cavab verərək onlarla mübahisə etməyə başlamış, onu nizam-intizam dəvət etdikdə ucadan nalayiq ifadələr işlədərək qaçmağa başlamışdır. Daha sonra həmin şəxsi saxlayaraq qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində qanuna müvafiq tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində barəsində olan materiallarla bağlı Göyçay rayon Polis Şöbəsinə çağırılarkən ucadan nalayiq söyüşlər işlətməklə qonşuluqda yaşayan insanların diqqətini özünə cəlb etmiş və ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən polis əməkdaşları ilə mübahisə etmiş, daha sonra qaçmağa cəhd etmişdir. Bu faktı isə öz-özlüyündə Şəxs sözügedən inzibati xətanın törətməsinə dəlalət edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun hərəkətlərində ictimai qayda və ictimai mənəviyyatın pozulmasına, həmçinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmamasına istiqamətlənmiş birbaşa qəsd olmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilən xüsusatlar ilə zərər çəkmiş şəxs qismində dindirilən şəxslərin izahatlarının bir-birini tamamlaması onun barəsində tərtib edilmiş protokolun əsaslılığı qənaətinə gəlinməsini qaçılmaz edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə, eyni zamanda müdafiəçinin gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində barəsində olan materiallarla bağlı Göyçay rayon Polis Şöbəsinə çağırılarkən ucadan nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozması, onu nizam-intizama dəvət edib sakitləşməsini tələbinə və ona hüquq və vəzifələrinin izah edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb qaçmağa cəhd etməsi məhkəmə iclasında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 verdiyi izahatla təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxslərin izahatları işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən iş üzrə toplanmış mötəbər sübutlarla müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Bundan başqa Şəxs iş materiallarındakı sənədlərdəki imzaların ona məxsus olmaması dəlili ilə bağlı məhkəmə onu qeyd edir ki, yuxarıda qeyd olunan izahatlar, sənədlər və inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada əldə edildiyindən, iş üzrə sübutlar hesab olunmalıdır (İXM-in 80.1-ci maddəsi). Ona görə məhkəmə həmin izahatı Şəxs inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə almır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikasının İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə “inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi)”, “inzibati xəta törətmiş şəxs”, “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 80.1-ci maddəsinə əsasən “Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir”. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən saat 16:30-dan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 09 may 2024-cü il tarixdən saat 16:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-370/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-370/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver