Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-371/2021 18.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Göyçay rayonu Bığır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Göyçay RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X1 tərəfindən 16.10.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs 16.10.2021-ci il tarixdə saat 17:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markal **-BJ-*** dövlət qeydiyyat nişanlı avotomobillə Göyçay-Ucar yolunun 1-ci km-də hərəkətdə olarkən ara məsafəsi saxlamadığı üçün qarşısında hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW-318İ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə və Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında protokolu tərtib edilmiş Şəxs izahat verərək göstərmişdir ki, 16.10.2021-ci il tarixdə saat 17:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markal **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar yolunun 1-ci km-də hərəkətdə olarkən ara məsafəsi saxlamadığı üçün qarşısında hərəkətdə olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW-318İ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə və Zərərçəkmiş şəxs2 idarə etdiyi VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs1 izahat verərək göstərmişdir ki, Şəxs 16.10.2021-ci il tarixdə saat 17:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markal **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar yolunun 1-ci km-də hərəkətdə olarkən ara məsafəsi saxlamamış və nəticədə onun idarə etdiyi BMW- 318İ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs2 izahat verərək göstərmişdir ki, Şəxs 16.10.2021-ci il tarixdə saat 17:20-də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21061 markal **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay-Ucar yolunun 1-ci km-də hərəkətdə olarkən ara məsafəsi saxlamamış və nəticədə BMW-318İ markalı **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin BMW-318İ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 18.10.2021-ci il tarixli arayışdan görünür ki, VAZ-21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 621 manat maddi ziyan dəymişdir. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 18.10.2021-ci il tarixli arayışdan görünür ki, BMW-318İ markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2350 manat maddi ziyan dəymişdir. İnzibati materiala əlavə edilmiş 16.10.2021-ci il tarixli 787 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 16.10.2021-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş üzrə inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-371/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-371/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver