Məhkəmə qərarları › İş №3(046)-371/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-371/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-371/2023 06.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X3, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 29 may 2023-cü il tarixli, EQ 14751924 nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X4 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 29 may 2023-cü il tarixli, EQ 14751924 nömrəli elektron qərarından şikayət verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ14751924 saylı qərarına əsasən Bakı-Şamaxı-Yevlax yolunun 203 km-də xx.xx.2023-cü il tarixdə, saat 18:54-də "Mercedes-Benz" markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşdığına görə İXM-nın 328.2-ci maddəsində nəzərdə tutulmuş qaydada 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qərarda göstərilən Bakı-Şamaxı-Yevlax yolunun 203-cü km-də sürət həddi 90 km/saat olmasına baxmayaraq əlavə olunan fotoşəkildən görünür ki, həmin yolda sürət həddi 60 km/saatdır. Onun faktiki sürəti isə 83 km/saat olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən və yaxud da ərazidə xidmət aparan Göyçay rayon DYPŞ-nin əməkdaşları tərəfindən VVC-MC800P tipli E-Patrol markalı, Pİ 12200309 nömrəli kamera ilə avtomobili idarə etdiyi xx.xx.2023-cü il tarixdə, saat 18:54-də müdaxilə olunaraq Bakı-Şamaxı- Yevlax yolunun 203 km-də sürət limiti 90 km/saat olduğu halda 60 km/saat göstərilmiş və onun 83 km/saat sürətlə guya qayda pozmağı görüntüsü yaradılmışdır. Həmçinin qeyd etmək istəyir ki, İXM-nin 122.1-ci maddəsinin də tələbləri pozulmuş, xx.xx.2023-cü il tarixdə guya baş vermiş xəta barədə qərar real vaxt rejimində yox, bir gün sonra xx.xx.2023-cü il tarixdə sistemə yüklənmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ14751924 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 barəsində çıxarılmış elektron qərarın Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən ləğv edildiyi üçün vermiş olduğu şikayətin geri qaytarılmasını xahiş etdi. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 14751924 nömrəli elektron qərarın surətindən görünür ki, X4 idarə etdiyi “Mercedes Benz ML 320” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 18:54-də Bakı-Şamaxı-Yevlax yolunun 203-cü km-də yolda müəyyən edilmiş hərəkət sürətini 23 km-saat həddində aşmışdır. Bu pozuntuya görə 50 manat cərimə tətbiq edilmiş və X1 yerləşdirilmişdir. İşə əlavə edilmiş X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 14751924 nömrəli qərarın ləğv edilməsinə dair şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən, hesab edirəm ki, X4 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118ci maddəsini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 14751924 nömrəli elektron qərarından X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar