Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-372/2021 18.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Göyçay rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabağlar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında Göyçay şəhərində baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 16.10.2021-ci il tarixdə, saat 18:15-də Göyçay şəhəri Natəvan küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2102 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən dönmə işığından istifadə etməyərək sağa manevr qaydasını pozmuş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2101 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, 16.10.2021-ci il tarixdə saat 18:15-də Göyçay şəhəri Natəvan küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2102 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən dönmə işığından istifadə etməyərək sağa manevr qaydasını pozmuş və nəticədə VAZ-2101 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, idarə etdiyi VAZ-2101 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16.10.2021-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan VAZ-2102 markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil dönmə işığından istifadə etməyərək sağa manevr etmiş və nəticədə onun yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 390 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan Şəxs tərəfindən ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İşə materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs idarə VAZ-2101 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 390 manat maddi ziyan dəymişdir. İşə materiallarına əlavə edilmiş Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs VAZ-2101 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyi görə İXM-nin 332.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXMnın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsi məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-372/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-372/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver