Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-372/2022 23.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, X1nun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X2 iştiraki ilə, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 1500 manat inzibatı cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, Göyçay şəhərində yerləşən “Aysel” şadlıq sarayını işlədir. X11 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi, X9 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabliyyətinin itirilməsi hallarının “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə inzibati məsuliyyətə cəlb edilib, tənbeh edilmişdir. Lakin ona istinad olunan inzibati xəta, yəni AR İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərəfimdən törədilməmişdir. İnzibati icraat aparan vəzifəli şəxs istər inzibati xəta haqqında protokolda, istərsə də inzibati tənbeh vermə haqqında qərarda tərəfindən konkret olaraq hansı işçi ilə icbari sığorta müqaviləsi bağlanmadığı göstərilməmiş, yalnız maddənin məzmununu inzibati xəta haqqında protokola, eləcə də qərara köçürərək, inzibati tənbeh edilməyim barədə qərar qəbul edilmişdir. Halbuki, "xxxx" ASC ilə arasında “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və müqavilənin tərkib hissəsi olan “müqavilənin qoşması” adlanan sənəddə adları göstərilən işçilər sığorta olunmuşdur. Buna görə də barəsindən tərtib edilmiş qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, Göyçay şəhərində yerləşən “Aysel” şadlıq sarayında işləyən, işçilərin icbarı sığorta müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Bundan sonra X8 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən işə baxılması xx.xx.2022-ci il tarixə saat 12:00-a təyin edilmiş, işə baxılmasının vaxtı və yeri barədə X6 məlumat verilmiş, xx.xx.2022-ci il tarixdə X8 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X3 şəhərində yerləşən “Aysel” şadlıq sarayında əmək müqaviləsi əsasında işləyən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olmadığı müəyyən edildiyindən X8 barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə X8 İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati materiala əlavə edilmiş istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, X8 ilə Meqa Həyat Sığorta ASC arasında xx.xx.2022-ci il tarixdə “Aysel” şadlıq evində işləyən işçilərlə icbari sığorta bağlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Göyçay şəhərində yerləşən “Aysel” şadlıq sarayında əmək müqaviləsi əsasında işləyən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmadığından, vəzifəli şəxs X8 İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən 1500 manat inzibati qaydada cərimə edilmişdir. Təqdim edilmiş sübutları araşdıran məhkəmə hesab edir ki, X8 ilə Meqa Həyat Sığorta ASC arasında xx.xx.2022-ci il tarixdə “Aysel” şadlıq evində işləyən işçilərlə icbari sığorta bağlanmış, “Aysel” şadlıq evində işləyən işçilər icbari sığorta edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X8 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti təmin edilməli, X8 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN1064061 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X5 şikayəti təmin edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 manat inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №3(046)-372/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-372/2022
23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver