Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-373/2020 28.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, müdafiəçi Vəkil və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 saylı ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X1 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə onun yanında yaşayan uşağı Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək hər ay 130 manat məbləğində alimentin zərərçəkmişin xeyrinə verilməsi qət edilmişdir. Alimentin tutulması isə uşağın ondan alınaraq zərərçəkmiş şəxsə verildiyi vaxtdan etibarən hesablanacaqdır. Uşaq anasının yanında qalmaq istəmədiyindən uşağı zərərçəkmiş şəxsə vermir. Zərərçəkmiş şəxs izahat verərək İnzibati xəta törətmiş şəxs Şəxs icra sənədi üzrə yanında yaşayan dörd yaşlı uşağı ona verməkdən imtina etdiyindən və bir ildən yuxarı müddətdir ki, uşağı ilə görüşə bilmədiyindən barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli qətnamə üzrə zərəçəkmiş şəxsə uşağın saxlanması üçün hər ay 130 manat aliment ödənilməsi və alimentin uşağın alınıb verildiyi vaxtdan hesablanması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli icra sənədi üzrə xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli icra sənədi üzrsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli xx.xx.2020-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. 01 (bir) saat hüquqi yardıma görə Vəkil hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********)) hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-373/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-373/2020
28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver