Məhkəmə qərarları › İş №3(046)-373/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-373/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-373/2023 19.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1988-ci ildə Göyçay şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri. H.Hacıyev küçəsi, ev 8-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 18 iyun 2023-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Z.Bünyadov küçəsində sərxoş halda ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 18 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 18 iyun 2023-cü il tarixdə yaşadığı Göyçay şəhəri, Z.Bünyadov küçəsində yerləşən fərdi yaşayış evində ögey anası Çiçək Şiraliyeva ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ögey anası DİN-nin 102 xidmətinə zəng vuraraq ondan şikayətçi olmuşdur. Daha sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onu nizam-intizama dəvət edərkən sərxoş vəziyyətdə olduğundan polis əməkdaşlarının tələblərinə tabe olmamışdır Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 bildirdi ki, 18 iyun 2023-cü il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Rəşad Əliyevlə birlikdə şəhər ərazisində xidmət aparan zaman Növbətçi Hissənin göstərişinə əsasən xidməti avtomobil ilə Göyçay şəhəri, Z.Bünyadov küçəsinə getmişlər. Orda bir nəfər şəxsin sərxoş vəziyyətdə yaşadığı ünvanda ailə üzvləri ilə mübahisə etdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onu nizam-intizama dəvət etməklərinə baxmayaraq, o, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs polis şöbəsinə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 09:00-da azad edilmişdir. İş materiallarına əlavə edilmiş 18 iyun 2023-cü il tarixli 223 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar