Məhkəmə qərarları › İş №3(046)-374/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-374/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-374/2020 09.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə xx.xx.1987-ci il tarixdə Göyçay rayonun Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Göyçay rayonun Mırtı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə Bakı şəhəri DYPİ Yol Patrul xidmətinin inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:11 radələrində Nərimanov rayonu Azadlıq prospektində Mercedes Benz C240 markalı **-NX- *** dövlət nömrə nişanlı avtomobili şərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:11 radələrində Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospektində idarə etdiyi Mercedes Benz C240 markalı **-NX- *** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən Yol Polis əməkdaşı onu saxlamış, sənədlərini təqdim edərkən sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edərək sərxoş olduğu müəyyən olunmuş və bu barədə protokol tərtib edilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun Göyçay Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, törətdiyi əməldən peşmandır və cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən şərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642269 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərək Şəxs 0.483 promilli dərəcəsində sərxoş olduğu müəyyən edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 333.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:11 radələrində Mercedes Benz C240 markalı **-NX-*** dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM 333.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar