Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-375/2020 30.09.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nərimanov RPİdən Göyçay Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli protokola xx xxxxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Nərimanov RPİ DYPŞ-nin YPX baş inspektoru polis baş leytenantı X6 tərəfindən X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təritib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta protokolu baxılması üçün xx.xx.2020-ci tarixli müşahidedici məktubla Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır X5 barəsində tərtib edilmiş İnzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 103-cü maddəsinin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Bakı şəhər Nərimanov RPİ-nə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. İnzibati xəta materialından görünür ki, qanunun bu tələbi pozulmuş, Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulmasına və həmin işin baxılması hakimin səlahiyyətinə aid edilməsinə baxmayaraq, X5 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta protokolu inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə təqdim edilməmişdir. Bakı şəhər Nərimanov RPİ tərəfindən X5 barəsində tərtib edilmiş inzibati xəta protokolunun surəti X3 təqdim edilməmiş, ona poçt vasitəsi ilə göndərilməmiş, protokol tərtib edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş, qeyd edilən protokol X5 tərəfindən imzalanmamış, həmin protokolun surəti inzibati materiala edilmişdir. X5 barəsində tərtib edilmiş həmin protokol xx xxxxxxxx 2020-ci il tarixdə, yəni 01 ay 12 gündən sonra baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Eləcə də X5 inzibati həbs nəzərdə tutan inzibati xəta törətdiyindən dərhal baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə təqdim edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi X2 işə baxılarkən belə vəsatəti olmamışdır. İnzibati xəta protokolu tərtib edən inspektorun isə, inzibati xəta haqqında protokolu inzibati xəta törətmiş şəxsin vəsatəti üzrə inzibati xəta törətmiş şəxsin yaşadığı yer üzrə göndərməsi inzibati xətalar məcəlləsində nəzərdə tutulmamışdır. Həmçinin Bakı şəhər Nərimanov RPİ-nin Göyçay Rayon Məhkəməsinə göndərdiyi materialın müşayətedici məktubda X9 barəsində Azərbaycan Respublikası İXM-nın 511.1ci maddəsi ilə tərtib edilmiş AP ******* saylı inzibati xəta haqqında protokol vəsatətə əsasən baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsi göstərilsə də, qeyd edilən protokol və X7 vəsatəti müəyyən edilməmişdir. Bundan başqa X1 şəhəri H.Əliyev prospekti ev 113 mənzil 12 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq iş baxılması üçün səhvən Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: X5 barəsində Bakı şəhər Nərimanov RPİ DYPŞ-nin YPX baş inspektoru polis baş leytenantı X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-375/2020
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-375/2020
30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver