Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-375/2022 30.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Ucar rayon Yol Patrul xidmətinin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq əhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2021-ci il tarixdə Ucar-Göyçay avtomobil yolunun H.Əliyev prospekti ilə kəsişməsində idarə etdiyi Opel Astra markalı **- UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, baş yolda olan X4 idarə etdiyi Wolksvagen Passat markalı AP4777BH nömrə nişanlı avtomobilin hərəkət üstünlüyünü nəzərə almayaraq toqquşmuşdur. Opel Astra markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişlər Cabbarova Hicran Əlağa qızı sağlamlığa az ağır zərər vurmaya, X1 yüngül zərər vurmaya, eləcə də, Wolksvagen Passat markalı AP4777BH nömrə nişanlı avtomobildə olan sərnişin X2 yüngül zərər vurmaya aid xəsarətlıər almışlar. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Ucar-Göyçay avtomobil yolunun H.Əliyev prospekti ilə kəsişməsində idarə etdiyi Opel Astra markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, baş yolda olan X4 idarə etdiyi Wolksvagen Passat markalı AP4777BH nömrə nişanlı avtomobilin hərəkət üstünlüyünü nəzərə almayaraq toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində hər iki avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışdır. Törətdiyi əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. İnzibati materiala əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Ucar-Göyçay avtomobil yolunun H.Əliyev prospekti ilə kəsişməsində idarə etdiyi Opel Astra markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, baş yolda olan X4 idarə etdiyi Wolksvagen Passat markalı AP4777BH nömrə nişanlı avtomobilin hərəkət üstünlüyünü nəzərə almayaraq toqquşmuşdur. Opel Astra markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişlər Cabbarova Hicran Əlağa qızı sağlamlığa az ağır zərər vurmaya, X1 yüngül zərər vurmaya, eləcə də, Wolksvagen Passat markalı AP4777BH nömrə nişanlı avtomobildə olan sərnişin X2 yüngül zərər vurmaya aid xəsarətlıər almışlar. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-375/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-375/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver