Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-376/2024 14.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 469.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 18660979 nömrəli inzibati xəta haqqında elektron qərar əsasında 50 manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. Şəxs barəsində “Elektron Məhkəmə” Sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.8-ci maddəsinə əsaəsn barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Göyçay rayon Polis şöbəsində Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-376/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-376/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver