Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-379/2020 07.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə xx.xx.1986-cı il tarixdə Göyçay rayonu Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, Göyçay rayonu Bığır kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020ci il tarixdə saat 22 radələrində döyüş bölgəsinə getmək məqdəsilə sərxoş halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitmətinin Göyçay rayon şöbəsinə yaxınlaşmış, həmin vaxt şöbənin əməkdaşları X1 və X2 ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs törətdiyi əməli etiraf etməklə göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində döyüş bölgəsinə getmək məqsədilə şərxoş halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitmətinin Göyçay rayon şöbəsinə getmiş, ucadan səs-küy salaraq X1 və X2 ünvanına nalayiq söyüşlər söymüşdür. Törətdiyi əməldən peşmandır. Bir daha belə bir halın təkrar olunmayacağına dair söz vermiş, könüllü olaraq ordu sıralarına getmək istədiyini bildirmişdir. İş üzrə şahid qismində izahat vermiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitmətinin Göyçay rayon şöbəsinin müfəttişi X3 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Göyçay rayonu Bığır kənd sakini Şəxs SHXÇDX-nin Göyçay rayon şöbəsinin qarşısında ucadan səs-küy salıb idarənin qapısını əlləri ilə vurmuş, onun və X1 ünvanına nalayiq söyüşlər söymüşdür. İnzibati materiala əlavə edilmiş sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqında 295 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə 0.7 promilli dərəcəsində sərxoş olmuşdur. İnzibati qaydada tutma haqqında AZ 012713 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən,törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, eləcə də məsuliyyətini yüngülləşdirən halın olmaması və inzibati xətanı sərxoş halda törətdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 50 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-379/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-379/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver