Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-38/2023 26.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, X4 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini belə əsaslandırmışdır ki, Bakı-Şamaxı-Yevlax yolu 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 heç bir qanun pozuntusu törətmədiyi halda etibarnamə əsasında idarə etdiyi avtomobili saxladaraq və özünü təqdim edərək, sənədlərinu tələb etmiş, sənədlərini Yol Polisi əməkdaşına təqdim etmişdir. YPX inspektoru polis serjantı X5 tərəfindən barəsində 25 dekabr 2022-ci il tarixli, İXP 5126393-saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2- ci maddəsinin tələbinin pozulması ilə bağlı tərtib etdiyi 25 dekabr 2022-ci il tarixli, İXP 5126393saylı protokol, eyni zamanda həmin protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, istər protokol tərtib edilərkən istərsə də həmin protokol əsasında qərar qəbul edilərkən inizbati xəta törətmədiyi nəzərə alınmamış, qanunsuz olaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmişdir. Qeyd edir ki, YPX inspektoru polis serjantı X5 tərəfindən uzaq vuran işıqlarının led olduğuna görə ona konstruksiya dəyişikliyinə dair protokol tərtib edilmişdir. (Protokol: İXP 5126393). Lakin inzibati xətanın aşkar edilməsi barədə protokolda heç bir qeyd yoxdur. Burdan belə qənaətə gəlməyə əsas verir ki, Bakı-Şamaxı-Yevlax yolu 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 inzibati xətanı şəxsən özü tərəfindən bilavasitə aşkar etmişdir. Lakin törədilməsi iddia olunan qanun pozuntusunu təsdiq edəcək şahidlərin iştirakını təmin etməli olduğu halda Bakı-Şamaxı- Yevlax yolu 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 şahidlərin iştirakını təmin etməmiş, protokol heç bir əsas olmadan tərtib edilmişdir. Hesab edir ki, protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut etmək vəzifəsi protokolu tərtib etmiş şəxs Bakı-Şamaxı- Yevlax yolu 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X3 üzərinə düşür. Protokolun tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut edilməməsi isə inzibati xəta hadisəsinin olmamasını ehtiva edir. "Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyanın tələblərinə uyğun olmalıdır.Qanunun mənasına görə ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. X8 2013-cü ildir, zavod buraxdığı ön fənərlərinin üzərində istifadə etdiyim işıqların, istifadəsinə dair məlumatlar qeyd edilib. Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, Bakı- Şamaxı-Yevlax yolu 711 saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 barəmdə qanunsuz olaraq protokol tərtib etmiş və barəmdə qanunsuz olaraq qərar qəbul edilmişdir.Buna görə də şikayətin təmin edilməsini xahiş edir. X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 25 dekabr 2022- ci il tarixində saat 11 radələrində idarə etdiyi Hyundai Grandeur minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı- Yevlax yolunda hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozumuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş E-sistem çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, X7 25 dekabr 2022- ci il tarixdə saat 11 radələrində idarə etdiyi Hyundai Grandeur minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı- Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozduğu üçün, yəni avtomobili konstruksiya dəyişikliyi edərək idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təqdim edilmiş DVD disk görüntülərindən görünür ki, X7 25 dekabr 2022- ci il tarixdə saat 11 radələrində Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən idarə etdiyi Hyundai Grandeur minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi edərək, avtomobildə qadağan olunmuş led işıqlardan istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 30-cu maddsəinin İİhissəsinin 3-cü bəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İşin araşdırılmış hallarından görünür ki, X7 25 dekabr 2022- ci il tarixində saat 11 radələrində idarə etdiyi Hyundai Grandeur minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən konstruksiya dəyişikliyinə YPXnin əməkdaşı tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilmiş, X7 150 manat məbləğində inzibati qaydada cərimə olunmuş, cərimə ödənilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X7 tərəfindən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət əsassızdır. Belə ki, X1 Əfqan Teymur oğlu 25 dekabr 2022- ci il tarixdə saat 11 radələrində idarə etdiyi Hyundai Grandeur minik markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax yolunda hərəkətdə olarkən Azərbaycan Respublikası İXMnin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Məhkəmə baxışı zamanı X7 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsas ola bilən heç bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, X2nun 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. X4 711 -saylı post 3 X12 Xidməti inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-38/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-38/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver