Məhkəmə qərarları › İş №3(046)-380/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-380/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-380/2021 26.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs oğlunun və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Göyçay şəhərində 26 oktyabr 2021-ci il tarixdə xx.xx.1986-cı il tarixdə Göyçay rayonu Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay rayonu Kürdəmiş kəndində yaşayan Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 26.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs oğlu 31.08.2021-ci il tarixdə, saat 18:30da, Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrliyinin Göyçay rayon ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan VAZ- 21011 markalı avtomobili keçərək əks istiqamətli hərəkət zolağına çıxaraq 1.1 üfiqi nişanlanma xəttinin tələbini pozmuş, nəticədə idaraetməni itirərək yolun sol tərəfində dayanmış Göyçay rayon İH-nin Sanitar təmizləmə idarəsinə məxsus olan Yanuhan 175 markalı ekskavatorla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində VAZ- 21063 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs oğlu əməlini etiraf etməklə göstərmişdir ki, 31.08.2021-ci il tarixdə, saat 18:30-da, Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrliyinin Göyçay rayon ərazisində etibarnamə olmadan idarə etdiyi VAZ-21063 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən qarşısında hərəkətdə olan VAZ-21011 dövlət qeydiyyat nişanlı avtomobili keçərək əks istiqamətli hərək zolağına çıxmış, nəticədə idara etməni itirərək yolun sol tərəfində dayanmış Yanuhan 175 markalı ekskavatorla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Avtomobilində olan sərnişin X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, 31.08.2021-ci il tarixdə, saat 18:30-da, Nazirin idarə etdiyi avtomaşına əyləşərək onunla birlikdə Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrliyində Göyçay ərazisindən keçən hissəsində idarə etdiyi VAZ- 21063 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkətdə olan VAZ-21011 dövlət qeydiyyat nişanlı avtomobili keçərək əks istiqamətli hərək zolağına çıxmış, nəticədə idara etməni itirərək yolun sol tərəfində dayanmış Yanuhan 175 markalı ekskavatorla toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışdır. Hazırda ona dəymiş ziyan Şəxs tərəfindən ödənilmişdir. Buna görə də Şəxs oğlundan şikayət və tələbi yoxdur. İş üzrə inzibat xəta törətmiş Şəxs oğlu oğlunun və zərərçəkmiş X2 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İşə materiallarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01.10.2021-ci il tarixli qərarından görünür ki, Şəxs oğlu 31.08.2021-ci il tarixdə, saat 18:30-da, Bakı-Şamaxı-Yevlax yolunun 220-ci kilometrliyində Göyçay rayon ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan VAZ-21011 markalı avtomobili keçərək əks istiqamətli hərəkət zolağına çıxaraq 1.1 üfiqi nişanlanma xəttinin tələbini pozmuş, nəticədə idaraetməni itirərək yolun sol tərəfində dayanmış Göyçay rayon İH-nin Sanitar təmizləmə idarəsinə məxsus olan Yanuhan 175 markalı ekskavatorla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21063 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X3 yüngül dərəcəli bədən xəsarəti almışdır. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərərçəkmiş X1 ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs oğluna İXM-nın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs oğlunun şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşiman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar