Məhkəmə qərarları › İş №3(046)-385/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-385/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-385/2025 03.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Göyçay RPŞ-də Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:50 radələrində Göyçay şəhəri Şəhriyar küçəsində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır Məhkəmədə izahat vermiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qardaşı Teymur və tanışı Məhəmməd ilə Göyça şəhərində kafedə çörək yeyərək, spirtli içki qəbul etmişlər. Bundan sonra saat 03 radələrində Rüstəm idarə etdiyi Opel Astra markalı avtomobilə arxa sərnişin oturacağında əyləşmiş, qardaşı Rüstəm isə qarşı sərnişin oturacağında əyləşmişdir. Məhəmməd avtomobili sərxoş vəziyyətdə idarə edərkə Göyçay şəhərində PPX-nin əməkdaşları avtomobili saxlamışdır. Həmin vaxt sərxoş olmuş, maşından yerə düşməmiş, heç bir nalayiq ifadələr işlətməmiş, polis qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getmişdir. Göyçay RPŞ-də onun adında yazılmış izahatı imzalamış, lakin izahat onun tərəfindən yazılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 027441 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Хuliqаnlıq niyyətinin mаhiyyəti оndаn ibаrətdir ki, bеlə mоtivlə cinаyət törədən şəхs özünün şəхsiyyətini bаşqа şəхsin və yа qеyri-müəyyən sаydа şəхslərin şəхsiyyətinin fövqündə qоyur, cəmiyyətə аşkаr hörmətsizlik və lаqеydlik nümаyiş еtdirir, ictimаi qаydаlаrı və ictimаi mаrаqlаrı, hаbеlə əхlаq nоrmаlаrını pоzаn və bunlаrа еtinаsızlıq göstərən hərəkətlər еdir. Хuliqаnlıq mоtivi şəхsin аzğınlığındа, qəddаrlığındа, ətrаfdаkılаrа hörmətsizlik göstərən еqоizmini nümаyiş еtdirməsində, cəmiyyətə qаrşı sаir kоbud hərəkətlərdə ifаdə оlunur. Хuliqаnlıq niyyəti ilə zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə çох vахt hеç bir səbəb оlmаdаn, yахud cüzi səbəbi zərər çəkmiş şəхsin sаğlаmlığınа аz аğır хəsаrət yеtirmə üçün bəhаnə еtməklə törədilir. Göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:50 radələrində Göyçay şəhəri Şəhriyar küçəsində xuliqanlıq hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi və ya hərbi qulluqçusunun qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:50 radələrində Göyçay şəhəri Şəhriyar küçəsində xidmətdə olan Göyçay RPŞ-nin PPXB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi hərəkətlərə yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs istinad edilən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokolları üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 02xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokolları üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar