Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-387/2020 15.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Ə.Kərim küçəsi ev 30-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayon Prokurorunun xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus təqaüd kartından 92 manatı oğurlamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2020ci il tarixdə Göyçay rayon Mərkəzi Poçtun yanında olan Azərbaycan Beynəlxalq Bankın bankomatın qarşısında olan Zərərçəkmiş şəxs təqaüd kartının ön və arxa tərəfini videoçəkilişlər çəkmiş, daha sonra həmin vaxtdan etibarən müxtəlif məbləğlərdə həmin kartdan pul çıxararaq ümumilikdə Zərərçəkmiş şəxs 92 manat məbləğində zərər vurmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Şəxs ona məxsus kartdan ümumilikdə 92 manat oğurlamışdır. Ona dəymiş zərər ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 02 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-387/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-387/2020
15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver