Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-387/2025 04.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayon,. Xəlitli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 29 may 2025-ci il tarixdə saat 23.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri B.Mirzəyev küçəsindən Natəvan küçəsinə çıxarkən 2.4 yol ver yol nişanının tələbini pozaraq hərəkətini davam etdirərək nəticədə öz yolu ilə hərəkət edən “Opel Astra” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və onun qabaq hissəsi idarə etdiyi avtomobilin sol yan hissəsinə dəymiş nəticədə «Opel Astra» markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi ziyan yetirmişdir. İnzibati xəta hadisəsinin olması 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Zərərçəkmiş şəxs izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 29 may 2025-ci il tarixdə saat 23.00 radələrində etibarnamə və sürücülük hüququ olmadan həmçinin spirtli içki təsiri altında idarə etdiyi “VAZ 21074” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri B.Mirzəyev küçəsindən Natəvan küçəsinə çıxarkən 2.4 yol ver yol nişanının tələbini pozaraq hərəkətini davam etdirərək nəticədə öz yolu ilə hərəkət edən “Opel Astra” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmış və onun qabaq hissəsi idarə etdiyi avtomobilin sol yan hissəsinə dəymişdir. Hadisə vaxtı xəsarət olmamışdır. “Opel Astra” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə dəymiş ziyanı sığorta şirkəti ödəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23.00 radələrində özünə məxsus olan “Opel Astra” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri Natəvan küçəsi ilə hərəkətdə olarkən B.Mirzəyev küçəsi ilə kəsişməyə çatan zaman B.Mirzəyev küçəsində Natəvan küçəsinə çıxarkən «VAZ 21074» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 2.4 yol ver yol nişanın tələbini pozaraq hərəkətini davam etdirərək onun hərəkət istiqamətinə çıxaraq idarə etdyi avtomobilin qabaq hissəsi həmin avtomobilin sol yan hissəsinə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə nəticəsində ona 950 manat maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyan aradan qaldırılmamış,sığorta şirkəti tərəfindən aradan qaldırılacaqdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 30 may 2025-ci il tarixli aktdan görünür ki, «Opel Astra» minik markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı qabaq bufer əzilməsinə görə 280 manat, dumanlı sağ fara əzilməsinə görə 50 manat, sağ tərəf fara əzilməsinə görə 200 manat, tənəkəçi işinə görə 220 manat, rəngsaz işinə görə 170 manat, elektrik işinə görə 30 manat, ümumilikdə 950 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş BD625526 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Opel Astra» minik markalı ** UP *** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 30 may 2025-ci il tarixli 887 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluq müəyyən edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 30 may 2025-ci il tarixli 888 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Zərərçəkmiş şəxs alkoqol sərxoşluq müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə inzibati tənbehin məqsədlərini təmin etmədiyindən barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 iyun 2025-ci il, saat 16:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-387/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-387/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver