Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-39/2021 18.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2021 il tarixdə İXM-nin 485.2-ci maddəsi ilə 13000-0107/21 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı zamanı Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, MMC tərəfindən idxal edilmiş mallara dair qısa idxal bəyannaməsi malları daşıyan şirkət tərəfindən nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının Gömrük sərhəddinə çatma vaxtının öncədən MMC-yə bildirilməməsi səbəbindən təqdim edilməmişdir. Məhkəmə təqdim edilmiş xx.xx.2020-cu il tarixli inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli 34/012/000353 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə ixracatçı Rusiya Federasiyasının QOQ “Fakel Loqistika” şirkəti tərəfindən idxalçı hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına göndərilən daş kömür və digər mallar **********2671 saylı gömrük bəyannaməsi üzrə Bas İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks edildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmiş, həmçinin həmin gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalması səbəbdən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməmiş və nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs MMC hüquqi şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs MMC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs MMC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs MMC-yə İXM-nin 485.2-ci maddəsinə əsasən 1500 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-39/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-39/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver