Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-39/2025 31.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Göyçay rayonu, Alxasava kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 yanvar 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 16:00 radələrində Göyçay rayonu, Qaraməryəm kəndi ərazisi ilə “Vaz 2107” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə “Vaz 2106” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Şəxs avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, atasına məxsus olan “Vaz 2107 markalı” **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, lakin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu İnçə kəndində Qaraməryəm kəndi istiqamətində avtomobil yolu ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Vaz 21012” markalı avtomobili ötüb keçmək istəmiş, əks hərəkət zolağına çıxdıqda qarşıdan “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını görmüş, məsafə az olduğundan hadisədən yayınmaq üçün avtomobilini yolun sol kənarına çıxartmışdır. Həmin vaxt “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil də qəzadan yayınmaq üçün avtomobili yolun sağ kənarına çıxarmış, bu zaman onun avtomobili ilə həmin avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində o və həmin nəqliyyat vasitəsinin sürücüsü xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək protokolda qeyd olunanları təsdiq etmiş və bildirmişdir ki, “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Vaz 2106" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Qaraməryəm kəndi ərazisində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağı ilə hərəkətdə olan “Vaz 2107” markalı avtomobil qarşısında hərəkətdə olan avtomobili ötüb keçmək üçün onun hərəkət zolağına çıxmış, həmin vaxt aralarında ara məsafəsi az olduğu üçün o, əyləci sıxaraq avtomobili yolun sağ kənarına çıxartmış, lakin həmin sürücü də avtomobili yolun sol kənarına çıxardaraq toqquşmuşlar. Hadisə zamanı o xəsarət almış və xəstəxanaya müraciət etmişdir. Halhazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon X3 X4 inzibati təcrübə üzrə inspektoru X2 tərəfindən tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 noyabr 2024-cü il tarixdə, saat 16:00 radələrində Göyçay rayonu, Qaraməryəm kəndi ərazisi ilə “Vaz 2107” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəticədə “Vaz 2106” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat sxemindən görünür ki, “Vaz 2107 markalı” **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay rayonu Qaraməryəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, “Vaz 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6180 manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 xx.xx.2024-cü il tarixli, 653 nömrəli ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yarısında tənəffüs aktı zamanı və sağ diz oynağında hərəkətlərin bir qədər məhdudluğu ilə müşahidə edilən ağrı fonunda qamətin sağa doğru əyilməsi küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə avtomobil qəzası nəticəsində əməli gəlməsi halı inkar edilmir və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, yaşayış tərzini, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-39/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-39/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver