Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-393/2021 01.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, Göyçay şəhərində 01 noyabr 2021-ci il tarixdə xx.xx.1966-cı il tarixdə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Çərəkə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 29.10.2021-ci il tarixdə, saat 12:45-də sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Dəniz” marketdən geriyə çıxarkən manevr qaydasını pozaraq əsas yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes-Benz markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə Mercedes-Benz markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, 29.10.2021-ci il tarixdə saat 12:45-də sürücülük hüququ olmadan idarə etdiyi VAZ-21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla geriyə çıxaraq manevr qaydasını pozmuş və nəticədə əsas yolla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes-Benz markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, idarə etdiyi Mercedes-Benz markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29.10.2021-ci il tarixdə Göyçay şəhəri Natəvan küçəsində əsas yolda hərəkətdə olarkən VAZ-21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə manevr edərək yoluna çıxmış və nəticədə onu arxadan vurmuşdur. Hadisə nəticəsində avtomobilinə 1090 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmiş, lakin sığorta tərəfindən ziyan ödəniləcəkdir. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş aktdan görünür ki, Zərərçəkmiş şəxs idarə Mercedes-Benz markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1090 manat maddi ziyan dəymişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXMnın 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görədörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşiman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-393/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-393/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver