Məhkəmə qərarları › İş №3(046)-396/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-396/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-396/2020 05.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Vəliyev Vüsal Rasim oğlunun katibliyi ilə, X2 Şəki rayonu YPX baş inspektoru polus leytenantı X5 xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli Elektron Qərarın ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə özünə məxsus OPEL ASTRA markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhər giriş yolunda hərəkətdə olarkən Şəki rayonu Yol Patrul xidmətinin baş inspektoru, polis leytenantı X8 ona saxla işarəsi verərək onu saxlatmış və sənədlərini tələb etmişdir. Sürücülük vəsiqəsini və maşının texniki pasportunu həmin polis leytenantına təqdim etmiş, o da onun sənədlərini götürərək heç bir söz demədən yaxınlıqda dayanmış yol polisi maşınına tərəf getmişdir. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra həmin yol polisi leytenantı sənədlərini və barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə Haqqında TP ******* saylı Qərarı təqdim etmişdir. Bu qərarın nə olduğunu soruşduqda həmin yol polisi nəfəri ona karantin rejimi qaydalarını, yəni tibbi maskadan istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyini əsas gətirərək 100 manat cərimə olunduğunu bildirmişdir. Həmin vaxt yol polis leytenantına maskanın üstündə olmasını, eləcə də maşında başqa sərnişinin olmadığını bildirmişdir. Buna görə də barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati protokoldan görünür ki, karantin rejimi qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixdə Şəki şəhər giriş yolu istiqamətində hərəkətdə olan X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilərək barəsində 100 manat məbləğində inzibati cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 rayon Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə tələbi təmin edilməlidir. Ona görə ki, məhkəmə baxışı zamanı X2 xx.xx.2020-ci il tarixdə Şəki şəhər giriş yolu istiqamətində hərəkətdə olarkən İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə heç bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, X3 istinad edilən inzibati xəta hadisəsi baş verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Şəki rayonu Yol patrul xidməti baş inspektoru polis leytenantı X8 tərəfindən İXM-nin 211.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı 100 manat məbləğində inzibati qaydada cərimə edilməsinə dair qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar