Məhkəmə qərarları › İş №3(046)-397/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-397/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-397/2025 24.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunun Qarayazı kəndindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Potu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Göyçay RPŞ tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Göyçay-Ucar yolunun Potu kəndi ərazisində özünə məxsus xırdabuynuzlu heyvanları nəzarətsiz qoymuş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xırda buynuzlu heyvanı vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı Göyçay rayonu Potu kəndi ərazisində özünə məxsus xırda buynuzlu heyvanları otararkən, mağazaya daxil olmuş, daha sonra Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus bir ədəd xırda buynuzlu heyvanı vurmuşdur. Nəticədə VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. Törətdiyi əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 473 manat maddi ziyan dəymişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar