Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-398/2020 28.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Zərərçəkmiş şəxs qızının, inzibati xəta törətmiş Şəxs, müdafiəçisi Vəkil nun iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonu Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs haqqında İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Göyçay rayon Vəkil Bürosunun müdiri Zərərçəkmiş şəxs qızının ünvanına iş otağında ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq xuliqanlıq etmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf etməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Göyçay rayon Vəkil Bürosuna gəlmiş, kassasiya şikayəti yazdırmaq üçün vəkil Zərərçəkmiş şəxs qızına müraciət etmişdir. Lakin Zərərçəkmiş şəxs qızı ona xidmət göstərməkdən imtina etmiş və bu zaman əsəbləşərək ucadan nalayiq söyüşlər söymüşdür. Həmin söyüşləri ünvansız olaraq söymüşdür. Buna görə də barəsində tərtib edilmiş protokolu əsassız hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs qızı göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Şəxs Göyçay rayon Vəkil Bürosuna gəlmiş, heç bir səbəb olmadan guya ona hüquqi yardım göstərmədiyini bəhanə edərək onu nalayiq söyüşlərlə söymüşdür. Buna görə də inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə şahid qismində izahat vermiş Şahid2 göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Göyçay rayon Vəkil Bürosunun qarşısında büronun müdiri Zərərçəkmiş şəxs qızına ucadan nalayiq söyüşlər söymüşdür. İş üzrə şahid qismində izahat vermiş Şahid1 göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Göyçay rayon Vəkil Bürosuna gəlmiş, heç bir səbəb olmadan hay-küy salmış, Zərərçəkmiş şəxs qızının ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 100 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-398/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-398/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver