Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-40/2021 18.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Azərbaycan Respublikası Dövlət X5 X2 nümayəndəsi Nümayəndə və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X5 X1 daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İXM-nin 428.7.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən «Təsərrüfat avadanlıqlarının satışı» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirilmişdir. Şirvan X2 nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən «Təsərrüfat avadanlıqlarının satışı» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirmişdir. Dəfələrlə ona müqavilə bağlanmsıə təklif edilməsinə baxmayaraq, dörd ay müddətinə müqavilə bağlamadan qanunsuz reklam yaymışdır. Şəxs izahat verərək göstərmişdir ki, 4 ay bundan əvvəl bağladığı müqavilənin müddəti bitmiş, yeni müqavilə bağlamamışdır. Məhkəməyə təqdim edilmiş 001045 saylı xx.xx.2020-ci il tarixli aktdan görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs Göyçay rayonu Çayarxı kəndində yerləşən «Təsərrüfat avadanlıqlarının satışı» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz olaraq reklam yayımı həyata keçirir. Məhkəməyə təqdim edilmiş 010 saylı xx.xx.2021-ci il tarixli baxış aktından görünür ki, xx.xx.2021 il tarixdə təkrar baxış keçirilərkən Şəxs Göyçay rayonu Çayarxı kəndində yerləşən «Təsərrüfat avadanlıqlarının satışı» obyektinin üzərində açıq məkanda qanunsuz reklam yerləşdirilməsi Şəxs tərəfindən davam etdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə X3 çıxarışdan görünür ki, Şəxs ********** saylı VÖENlə 9 saylı X4 qeydiyyatdadır. Şəxs vəzifəli şəxs hesab edilir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən «Təsərrüfat avadanlıqlarının satışı» obyektinin üzərində açıq məkanda müvafiq icazə sənədi olmadan qanunsuz reklam yerləşdirildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-40/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-40/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver